Səfurə Əlizadə Oslodadır
17 may 2010 19:00 (UTC +04:00)

Səfurə Əlizadə Oslodadır

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə artıq yarışmanın keçiriləcəyi Oslo şəhərindədir.


Lent.az-ın məlumatına görə, Osloda hava limanında təntənəli şəkildə qarşılanan Səfurə Əlizadəni Norveçdə yaşayan həmvətənlərimiz, eləcə də Norveçdəki Azərbaycan Gənclər Təşkilatının üzvləri əllərində Azərbaycan bayraqları, gül dəstələri ilə qarşılayıblar. Soydaşlarımız gənc müğənniyə inandıqlarını, onun müsabiqədə ölkəmizə layiqli yer qazandıracağına əmin olduqlarını bildiriblər. Səfurə Əlizadə isə öz növbəsində Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini deyib.


Qeyd edək ki, mayın 16-da Oslonun müsabiqə üçün hazırlanmış “Telenor Arena”sında müsabiqə təmsilçilərinin ilk məşqi keçirilib. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda “Drip drop” mahnısı ilə çıxış edəcək. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edəcək. Müsabiqənin finalı mayın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar