Flora Kərimovanın şikayəti təmin edilməyib
13 may 2010 15:00 (UTC +04:00)

Flora Kərimovanın şikayəti təmin edilməyib

Faiq Ələkbərli cinayət məsuliyyətinə cəlb olunmayıb

Binəqədi Rayon Məhkəməsində hakim Marif Kazımovun sədrliyi ilə xalq artisti Flora Kərimovanın xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət ərizəsinə baxılıb.



Lent.az-ın məlumatına görə, məhkəmədə Faiq Ələkbərlinin hüquqlarını vəkil Şəfiqə Nağıyeva müdafiə edib. Binəqədi Rayon Məhkəməsinin 12 may 2010-cu il qərardadı ilə cinayət işinə xitam verilib, yəni Flora Kərimovanın şikayəti təmin edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar