Model Tunayın səhhəti pisləşib
Model Tunayın sağlıq durumu qəflətən pisləşib. O, aparıcısı olduğu televiziya proqramını canlı yayımda sona qədər başa vura bilməyib. Xəbəri model Lent.az-a təsdiqləyib: “Xəbər doğrudur, halım qəfildən pisləşdi. Artıq proqramı apara bilməyəcəyimi hiss edirdim. Proqramın yarımçıq kəsilməsi dünənki bayram günü ilə əlaqədar idi. Bayram olmasaydı belə, sona qədər verilişi apara bilməyəcəkdim”.
Tunay srağagün ad günündə iştirak etdiyini və yediyi qidalardan sonra vəziyyətinin pisləşdiyini bildirib: “Həkim müdaxiləsindən sonra hazırda vəziyyətim yaxşıdır”.
Tunayın bu gün efirə çıxaıb-çıxmayacağı hələ bilinmir.
Nəzrin

580