“Onlara qəssab, bərbər də deyə bilərəm”
Lent.az-ın müsahibi tanınmış stilist, müxtəlif yerli və beynəlxalq müsabiqələr qalibi Anar Ağakişiyevdir.
- Bu ilin dəbi ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi stilistlər ağ-qaranın, bəzilərisə rəngli, güllü paltarların dəbdə olduğunu deyir. Bəs siz nə deyirsiniz, bu ilin dəbi nədir?
- İlk növbədə onu deyim ki, ağ-qara klassikadır, həmişə dəbdədir. Güllü paltarların dəbdə olması isə çox gülünc fikirdir. Güllü heç vaxt dəbdə olmayıb. Əksinə zövqsüz görünür. Bu il solmuş narıncı, bənövşəyi və əlvan yaşıl rənglər, qısa paltarlar, eynəklər, dördkünc çantalar dəbdə olacaq. Gündəlik obraz yaratsaq, daha çox hansısa hind etnik obrazı yaradılacaq. Ayaqda çox yüngül ipli ayaqqabı, sinəsi dar, aşağısı isə boş, tökülən paltar. Gündəlik belə geyinəcəklər. Bir ara bu ilin dəbini Röya xanım qabaqlamışdı. Konsertində elə bir paltar geyinmişdi. Bundan başqa lasin, üzərindən uzun pencəklər, onun üstünə gül, aksesuarlardan isə qızıl-gümüş qarışıq zəncirlər dəbdədir. Gəlin saçlarında da açıq saç düzümü, iri buruqlar, gözlərdə azca makiyaj və əlvan dodaq boyası aktual olacaq.
- Bu ilin dəbini xanımlarda görə bilirsiniz?
- Yox, görmürəm. Çünki bizdə gərək, başqasında görsünlər sonra etsinlər. Gərək, birinci “Aşkı Memnu”da görsünlər sonra geyinsinlər.
- Bəs üzdə olan məşhur xanımlarda necə?
- Röya və Ruhi xanımda görürəm, dəblə ayaqlaşırlar. Tam əminliklə bunu deyə bilərəm. Kim inciyir, incisin, başqa müğənnilərdə bu dəbi görməmişəm. Eyni görünüşdə, stildə olurlar həmişə. Bəzi hallarda mən hansısa paltarı birinci Ruhi xanımda görürdüm, sonra “Aşkı Memnu” serialında. Niyə belə müqayisə edirəm? Çünki hazırda bütün xanımlarımız “Aşkı Memnu”ya baxıb geyinir, o cür makiyaj edir. Bu, pis göstərici deyil. Onlar daha çox qərbdən götürürlər, biz də onlardan. Onu da deyə bilərəm ki, Türkiyədə də çox böyük adamların xanımları o seriala baxıb geyinir, zinət əşyalarına qədər. Eynilə Röyanı da deyə bilərəm. Kataloqda bir zinət əşyası gözümə sataşmışdı. Bu yaxınlarda təsadüfən Röya xanımda da gördüm. Özüm də məəttəl qaldım. O da gülüb “nədi gözləməzdin?” dedi. Dedim “yox gözləyərdim”.
- Sizcə, bizim müğənnilərin dəblə ayaqlaşa bilməmələrinin səbəbi nədir? Stilistlə işləməmək, pul xərcləmək istəməmək...
- İlk növbədə xəsislikdir, pul xərcləmək istəmirlər. Düzdür, dəblə ayaqlaşmaq çox pul aparır. Amma bir şey də deyim. Lüks brendlər və multibrendlər var. Əslində ikisi də eyni formalı malı istehsal edir. Amma bir az parçalarda, keyfiyyətdə fərq olur. O da günah deyil. Əgər çox pul xərcləmək istəmirlərsə, lüks yox, multi brendlərdən geyinsinlər. İki-üç nəfərdən başqa, heç kim dəblə geyinmək istəmir. Briliant xanım da arada-bir qəşəng görünür.
- Arada-bir?
- Arada-bir deyəndə nəyi nəzərdə tutduğumu izah edim. Yəni, bəzən Brilliant xanımın əynində “Fashion TV”də gördüyüm paltarı görürəm. Amma ümumilikdə pis görünmür.
- Bəs ən zövqsüz müğənni kimdir, sizin fikrinizcə?
- O qədərdir ki... Birinin adını çəksəm, gərək o birilərini də çəkəm. Bu məsələyə qayıdacağam. Amma nəyə daha çox təəccüblənirəm? Dünən bütün gecə “Youtube”da Səfurə Əlizadənin çıxışlarına baxırdım. Tam əminliklə deyə bilərəm ki, indiki Səfurə ilə əvvəlki Səfurə arasında çox böyük fərq var. “Yeni ulduz”da çıxış edən vaxtlar ondan heç xoşum gəlmirdi. Saç düzümləri və makiyajla onu çox yaşlı göstərirdi. Amma bu dəfə çox super görünürdü.
- Amma hər halda stilisti Azərbaycandan deyil...
- Yox deyil. Amma orda stilistin əli görünmürdü. Fraqmentlərdə özünün hazırlaşdığı göstərilirdi. Deməli, ölkədən kənara çıxmaq böyük rol oynayır. Yerlə göy qədər fərq hiss olunurdu. Bu, böyük irəliləyişdir. Əvvəl onu bəyənmirdim, amma indi bəyənirəm.
- Niyə bu işi bizim stilistlərə həvalə etməyiblər? Onlara etibar etməmək məsələsidir, yoxsa...
- Başqa yöndən baxaq bəlkə... Deyim ki, keçən il bu müsabiqəyə Gürcüstanlı bir qrup getməliydi – 3 qız, bir oğlan. Mən onlardan təklif almışdım. Sonra təəssüf ki, onlar müəyyən səbəblərə görə iştirak edə bilmədilər. Amma bizimkilərdən o təklifi almamışam. Mən müsabiqənin yarımfinalında Ellini, finalda “Milk & Kisses” və Məryəmi hazırlamışam. Bəlkə də bizə müraciət etməməklərinin bir səbəbi də odur ki, Səfurənin promo-kompaniyasını Ukrayna həyata keçirir. Onlar da bir komandadır. Amma bir şeyi də deyim ki, Aysel Teymurzadə qayıdandan sonra görünüşündə o qədər də fərq hiss olunmur.
- Demək istəyirsiniz ki, bizim stilistlərlə xaricilər arasında elə bir fərq yoxdur?
- O qədər də yoxdur. Amma təbii ki, bu, hamısına aid deyil. İki-üç nəfər aiddir.
- O iki-üç nəfərin adını çəkə bilərsiniz?
- Çəkə bilərəm. Bir stilist kimi Nigar xanımın işini çox bəyənirəm. Bacısı İradə İbrahimovaya çox qəşəng obrazlar yaradır. Ruxa xamımı bəyənirəm. Amma son vaxtlar yox, əvvəllər. (düşünür)
- Üçüncünün adını çəkə bilmirsiniz deyəsən.
- Çətinlik çəkirəm. Amma deyə bilərəm ki, o üçlükdə özüm də varam. Yəni, rəqib görmürəm.
- Bəs Baharı necə, bəyənirsiniz?
- Bahar sırf saç ustası, vizajistdir. Obraz yaratmaqda bir az çətinlik çəkir. Özü də Baharın yaratdığı obraz da 5 il əvvəlki obrazlardır, dəyişmir. Bu yaxınlarda müğənni Xatunu “Xəzər” televiziyasında gördüm. Xətrini istədiyim müğənnidir. Amma inciməsin, orda Xatun Zülfiyyə Xanbabayevanın karikaturası idi sanki. Deyəsən, qardaşı onun üzərində çalışmışdı. Zülfiyyə xanım ilk solo konsertində ağ-qara parik qoymuşdu, saçlar dördkünc formada kəsilmişdi. Eyni şeyi orda gördüm. Bu, Xatun xanımın yox, onun stilistinin günahıdır. “Stilist” sözünü də dırnaqarası deyirəm. Çünki hələ bu günə kimi heç bir işini, hansısa layihədə iştirak etdiyini görməmişəm. Onun kimi bir çoxu da var.
- Balaşı nəzərdə tutursunuz yəqin...
- Bəli, onu nəzərdə tuturam. Başqa stilistlər də var. Sizin vasitənizlə demək istəyirəm ki, pul verib, jurnalın üz qabığına çıxırlar. Və orda çox gülünc, dəbə heç bir aidiyyəti olmayan müsahibələr verirlər. Kim kirayədə qalır, kimin nəyi var... Özlərini güldürürlər. Mən onu bilirəm ki, belə stilistlər, vizajistlər ələkdən keçəcəklər. Əslində mən onlara qəssab, bərbər də deyə bilərəm. Müştərilərin gözü artıq tərəzi olub. Kimin kim olduğunu yaxşı bilirlər.
- Amma zövqsüz müğənninin adını çəkmədiniz.
- Kiminsə adını çəkməyə çətinlik çəkirəm. Əsas odur ki, zövqlülərin adını çəkdim.
- İki-üç nəfərin adını çəkdiniz. Belə çıxır ki, onlardan başqa hamısını zövqsüz hesab edirsiniz.
- Yox. Adlarını çəkdiklərim tam əminliklə deyə bilərəm ki, yaxşı zövqü olanlardır. Geridə qalanları isə orta zövqlü və zövqsüzlərə bölərdim. Zövqsüzlər də o qədərdir ki...
- Başqa stilistlər zövqlə geyinən müğənnilər sırasına Nuranı da daxil edirlər. Baxmayaraq ki, onun son klip çəkilişlərindən sonra aranızda münasibətlər pozulub siz hansı fikirdəsiniz?
- Münasibətim yoxdur, amma deyə bilərəm. Nuranı orta zövqlülər sırasına qatmaq olar. Pis görünmür. Qəşəng görünür, geyinir. Amma bəzən 4-5 müğənnini yamsılamaq istəyir. O sırada Madonna, Britni Spirs var və s. Sırf bir müğənninin arxasınca getsə, daha yaxşı olar.
- Yəni demək istəyirsiniz ki, özünü o müğənnilərə oxşadır.
- Fikri dağınıqdır elə bil. Tam öz fikrini bilmir. Amma yaxşı geyinir, arada-bir qəşəng görünür.
- Nuranın klipi çəkilişlərində onun “kaprizindən” çox narazılıq etdiniz. Ümumiyyətlə, müğənnilərlə işləyən biri kimi, onların hamısında o “kapriz” olur?
- Yox, hamısında olmur. İnanırsınız, o klip çəkilişində çox “kaprizlər” etdi. Özü də nəyi necə istədiyini bilmirdi. 100 nəfərdən 90-ı mənə dedi ki, çox gözəl görünürdü. Baxmayaraq ki, danışmırıq, mən sözün düzünü deyən insanam. Nura xanım qəşəng görünür.
- Onda bir həqiqəti də deyin, Aygün Kazımovanı necə, bəyənirsiniz?
- Son vaxtlar onu demək olar ki, görməmişəm. Verilişinə də baxmamışam. Ad günündə geyimini bəyənmişdim. Çəki problemi onda həmişə olur. Amma bu, ona yaraşır. Şirin olur. Bəyənirəm, istəyəndə geyinir. Mən yaxşı tanıdığımdan deyə bilərəm ki, o xanım depressiyaya düşəndə əllərini tez aşağı salır. Ona görə də mən dəfələrlə onun adını pis geyinənlər sırasında çəkmişəm. Bilərəkdən belə edirdim ki, “qış yuxusundan ayılıb” mənim və mənim kimilərin acığına yaxşı geyinməyə başlasın. Pis geyinmir.
- Bəs dünya ulduzlarından kimi bəyənirsiniz?
- Viktoriya Bekhemi, Beyonsu, Riannanı. Madonnanın gündəlik həyatda görünüşünü çox bəyənirəm. Böyük çantalar, eynəklər, tökülən kurtkalar. Paris Hiltonun geyimini isə bəyənmirəm. Baxmayaraq ki, əvvəllər çox zövqlü sayılırdı.
- Bayaqdan ancaq qadınlardan danışırıq, bəs kişi müğənnilərdən hansını zövqlü sayırsınız?
- Heç birini.
- Hazırda hansı müğənni ilə çalışırsınız?
- Çoxu ilə. Onu da demək istəyirəm ki, Elza Seyidcahan Ledi Qaqayla bərabər gedir. Baxmayaraq ki, mən Ledi Qaqanın geyimini və sənətini qətiyyən bəyənmirəm. Amma indi adını çəkəcəyim müğənnilər artıq bərabərdirlər. Ledi Qaqa, Eyni Vayenxaus, Elza Seyidcahan, türk müğənniləri, Gülşən və Hande Yener. Bax bu 5 xanım görünüş, stil baxımından bərabərdir. Elza xanım hərdən mənim yanıma gəlir. Amma mən öz istədiklərimi etmirəm, onun ideyalarını həyata keçirirəm. Məsələn, heyvanlara konsertindəki stili mənim ideyam deyildi. Özü sapları gətirdi ki, saçına bağlayım. Başqa hansısa müğənniyə öz ideyamı təklif edə bilərəm. Amma Elza Seyidcahana demirəm. İstəyirəm onun öz fikirlərini dinləyim.
- Dinləyəndən sonra bəyənirsiniz fikirlərini?
- O, hansısa yeni imicdir. Məncə, adını sadaladığım müğənnilər Janna Aquzarovanı yamsılayırlar. Bəlkə də heç onu tanımırlar. Sadəcə öz fikrimi deyirəm. Sovet vaxtı Janna Aquzarova efirə çıxanda mən uşaq ola-ola ekrandan geri çəkilirdim.
- Müğənni gəlib öz fikrini yeridəndə, sizin ideyanızla razılaşmayanda xətrinizə dəymir? Bunu necə qəbul edirsiniz?
- Normal, baxır müğənniyə. Adını çəkməyəcəyəm, bu yaxınlarda prodüser Tolik yanıma bir müğənni gətirmişdi. Mən onu bəzədim. Çox da qəşəng görünürdü. Amma razılaşmadı. Dedi, “mən belə istəmirəm, başqa cür istəyirəm”. İstədiyi kimi etdim. Amma can yandırdığım müğənnilərin fikirlərinə qulaq asmıram, öz fikrimi təkid edirəm.
- Artıq neçə ildir, bu işdə çalışırsınız. Heç olubmu nə vaxtsa bezib Azərbaycandan getmək fikrinə düşəsiniz?
- Bu ideya məndə həmişə var. Xaricə gedib işləmək istəmişəm. Bəlkə də gələcəkdə olacaq. Amma Azərbaycanımı heç vaxt unutmaram. Belə anlar tez-tez olub. Axır vaxtlar çox söz-söhbətlər gəzdi həyatımla bağlı. Hərə bir söz dedi, hərə bir şayiə yaydı. Kimin ağlına nə gəldi, onu da danışdı. Bax o anlarda getmək istəyirdim. Amma mən çox güclü insanam. Dözdüm şayiələrə, əməliyyatımla bağlı saçlarımı kəsdirməli oldum. Ağıllarına gələni dedilər, yazdılar. Amma mən sınmadım. Sənətimdən də heç vaxt bezməmişəm, bezmərəm də. Bu il mənim üçün pis başladı. Amma ilin axırı çox böyük sürprizlər təqdim edəcəyəm. Eksklüzivi də sizə açıqlayım ki, öz geyim kolleksiyamı hazırlayıram. O geyimlər burda tikilməyəcək. Sırf fabrik işi olacaq. İnanıram ki, bu geyimlər tutacaq. Gələcəkdə mənim öz brendim olacaq. Tək Azərbaycanda yox, digər ölkələrdə yayılacaq. İlin axırı eskizləri bitirəcəyəm. İlk kolleksiyamı isə gələn ilin ortalarında təqdim edəcəyəm. Dərhal sonra həmin geyimlər satışa çıxarılacaq.
- Deyirlər, Azərbaycanda ən bahalı gəlin bəzəyini siz edirsiniz? Qiymətinizi açıqlaya bilərsiniz?
- Bəlkə də bu düzdür. Amma onu deyim ki, mən qiyməti müştəriyə deyirəm. Görəndə onun simasında hansısa narahatlıq yarandı, qiyməti dərhal endirirəm. Görəndə imkanı yoxdur, vallah pulsuz da edirəm. Deyirəm halal-xoşun olsun. Çünki əməliyyatıma, dərmanlara çox pul xərcləsəm də, maşallah, ehtiyacım olmur. Bu gün evə qayıtmağa pulum varsa, bu, mənə bəsdir. Çoxları mənimlə rəqabət aparmaq istəyir, mənə baxıb qiyməti qaldırırlar. Mən işimin qiymətini 2009-2010-cu ildə qaldırdım. 11 il işləyəndən sonra. Tədricən öz üzərimdə çalışdım. Layihələrdə iştirak etdim, “Best model”də münsiflər heyətində oldum. Müxtəlif diplomlar qazandım. Ona görə də qiyməti qaldırdım. Amma heç bir diplomu olmayan stilistlərin qiyməti yüksəltməyi heç düzgün deyil. Özlərini aldatmasınlar. Saxta stilistlər var ki, özlərini Sərdar Ortaca bənzədirlər. Mesaj ünvanına çatacaq. Kim, nə olduqları bilinmir, amma qiymətləri qaldırırlar. Mən 32 diplom qazandıqdan sonra qiyməti qaldırmışam. Qoy, onlar da gəlib bu pilləyə çatsınlar, sonra qiymət qaldırsınlar. Mən də baxım deyim hə, indi onlara halaldır.
Banu

1853