Zülfiyyə Xanbabayeva : “Mənə sataşıb özlərinə ad istəyirlər” – MÜSAHİBƏ
Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın Lent.az-a müsahibəsi
- Son müsahibələrinizdə sizə verilən suallar monotondur. Ən çox sevmədiyiniz sual da birinci ünvanlanır, “niyə görünmürsünüz, niyə gec-gec görünürsünüz”...
- ...Mən başa düşmürəm də, bu sualı, sevənlərim bilir ki, bu tutduğum yoldur.
- ... Və son vaxtlar medianın maraq obyekti qızınız Dənizdir. Bu vəziyyət sual qıtlığından irəli gəlir?
- Ola bilər istəkdən də olsun. Çünki hara gedirəmsə, birinci Dənizi soruşurlar. Hamı istəyir ki, Dəniz efirə çıxsın, görünsün, lakin belə bir fikrim yoxdur. Qızım balacadır hələ.
- İndi elə vaxtdır ki, sənətçi nə qədər özünü kənara çəkib desə də ki, mən bu xaosdan uzaqdayam, başqası gəlib nələrinsə hesabına o yerdə oturur...
- Nə qədər desək də ki, şou-biznes yoxdur, biz bunun içindəyik. Deyirlər ki, mən şou-biznesdə deyiləm. Yox, mən tam ortasındayam. Onlarla birgə səhnəyə çıxıramsa, efirlərdə görünürəmsə, əlbəttə, istər-istəməz içindəyəm. Bu xaos hər yerdə var. Sadəcə olaraq, şou-biznes adamları daha çox göz önündədir. Ucuzlaşdırıldı da...
- Bəs niyə hələ də reaksiya vermirsiniz? İllərdir səhnədə olan, əsl sənətlə məşğul olan həmkarlarınız var, birlikdə etiraz etmək olar.
- Tək bizdən asılı olan şey deyil, hamı müdaxilə etməlidi, siz jurnalistlər də... Bu dəqiqə hər şey biznes-kommersiya üzərində qurulub, pulunu ver, hara istəyirsən get. Danışaq, çıxış edək, nə mənası var? Hamı qalmaqal yaradır, hətta mənə sataşıb özlərinə ad istəyirlər, mən bunların heç birinə əhəmiyyət vermirəm, 20 ildən çoxdur səhnədəyəm, hamı da xasiyyətimi bilir. Qalmaqala qoşulmamağımın səbəbi odur ki, çox səbirsiz insanam, düşünürəm, birdən bir söz çıxardaram ağzımdan... İndi daha çox düşünürəm, bir qız övladım var. Belə şeyləri özümə ayıb bilərəm, əvvəllər də özümü saxlayırdım, bundan sonra daha da ayıb bilərəm. Nəyəsə hirslənəndə də gəlib hirsimi evdəkilərin üstünə tökürəm...
- Bir şey də var, istər-istəməz nəticə ortada görünür. Müğənni, sənətçi özünü ailəsinə həsr edəndə istər-istəməz sənət geri planda qalır.
- Yox mən bu fikirlə razı deyiləm. Ağıllı qadın, ağıllı insan hər şeyi çatdırmağı bacarmalıdır. Ailəsinə də diqqət yetirməlidir, işində də mükəmməl olmalıdır. Çətin olsa da amma hamısı bir-birini tamamlamalıdır. Düzdü bir az çətin olur, lakin mən o qədər də düşüb qalmamışam, aram-aram işimi görürəm. Bir də bizdə daha başqa bir fikir formalaşıb. Keyfiyyətdən çox kəmiyyətə üstünlük verirlər - kim Ginnesin Rekordlar kitabına düşəcək? Kim təəccübləndirəcək? Bu rekordmenlər yarışı deyil də, bu sənətdir! Mən özümdən deyirəm, yaradıcı insanam. O an ola bilər ki, ruh halım nə isə etməyə icazə verməsin. Nəyisə sayla yox, keyfiyyətlə etməyin tərəfdarıyam. Bir dənə olsun, yaxşı olsun.
- Əvvəllər daha çox daha layihələr ortaya qoyurdunuz, indi isə bu layihələrin arasında böyük fasilələr yaranıb. Bu maddiyyatla bağlıdır? Yoxsa artıq ideya tükənib?
- Əvvəllər də fasilələr də çox olurdu. Mən 88-də sənətə gələndən illərlə fasilə vermişəm. 90-cı illərdə yenidən başladım. Sadəcə bir fakt var ki, çox şeyi vaxtından əvvəl etmişəm. Özü də bir-birinin ardınca. Misal üçün, albom çıxardanda baxırdım, sual verirdim, bundan yaxşı nə çıxara bilərəm? Vaxtından əvvəl keyfiyyətli işlərimi görmüşəm. İdeya tükənməyib.
- Məsələn, neçə müddətdir konsert vədiniz vardı, gecikdi.
- O artıq Dənizin dünyaya gəlməsi ilə bağlı idi. Dənizə görə iki il demək olar ki, səhnədən uzaqlaşdım.
- Düzdü, belə bir hal sizdə görünməyib, lakin faktdır ki, orta nəsil yeni nəsli bəyənmir. Bu müəyyən mənada özünü doğruldur, müəyyən mənada yox. Reallıq odur ki, səhnəyə yeni səslər, nəfəslər gəlməlidir.
- Əksinə, mən gənclərimizi çox istedadlı görürəm. Sadəcə, yerində addımlamaqları doğru deyil... Qoy vaxtlarından istifadə etməyi bacarsınlar. Daha çox araşdırsınlar. Repertuarları uzun, sonu bitməyən bir mahnıya bənzəyir. Yeniliklər axtarsınlar, yaratsınlar. Hər şeyi toy xətrinə etməsinlər. Ağlınıza gətirməyin ki, toya gedənlərə pis baxıram, insanlar öz ailəsini saxlamalıdırlar. Musiqi aranjemanı ucuz deyil, lakin bütün repertuar gərək toy bazarına işlənməsin.
- Siz özünüz toylara gedirsiniz?
- Deyim ki, proqramım var, günüm ayım yazılır, dəftərim var, yox. İstəyəndə mən özüm də gedirəm, lakin çox-çox nadir hallarda.
- Nəyi düşünüb toydan imtina edirsiniz? Bu prinsipdir?
- Bəlli bir zamana qədər, bəli, prinsip idi. Hər şeyi professional səhnədə etmək istəyirdim. Artıq prinsipdən çox adətkara çevrilmişəm. O marka söhbəti var da, onu aşağı salmamağa çalışıram, əməyimi puç etməyi sevmirəm.
- Maraqlıdır, gənclərin sizə qarşı pis münasibəti olubmu? Yoxsa bunu elə tədbirlərdə, televizorda müşahidə edirsiniz?
- Televizorda. Özüm tərbiyəli və özünə hörmət edən insanam və qarşılığını da həmişə görmüşəm. Bir distansiya var ki, o qorunmalıdır. Həmişə gənclərin yerində özümü fikirləşmişəm ki, əgər mənə maneçilik etsəydilər, barəmdə danışsaydılar, mənə xoş gələrdi? Yox! Ona görə mən də dəstək olmağa çalışıram.
- Vaxtilə Samir Bağırova da əl uzatmaq istəmisiniz, o qürurundan dəstəyi qəbul etməyib.
- Samir çox tərbiyəli, həssas insandır. Samirin özündə də mən haradasa təqsir görürəm ki, qapıldı, səhnəni boş buraxdı.
- Nə mənada? Hər şeyi çox ciddiyə aldı?
- Yox, əksinə. Lazım olmayan şeyləri çox ciddiyə aldı. Samirdə üzlülük yoxdu. Özünə qapandı, amma əfsus. Çox istedadlı, potensiallıdır. Samir bu gün çıxsa, öz üzərində işləsə, edəcəyini edər.
- Axı fərq böyükdü, Siz estrada səhnəsini güclü adlarındansınız, marka olmağı və hörmət etdirməyi bacarmısınız, Samir Bağırov səhnədə belə münasibət görməmişdi və getdikcə kompleks onda daha da dərinləşirdi.
- Bilirsiz, hər şey insanın özündən asılıdır. Bu gün sən nə addım atırsan, mən nə addım atıramsa, ağzımdan çıxan söz bizə aiddir. İnsan özü özünü formalaşdırmalıdır. İşini-gücünü elə qurmalıdır ki, hörmət olsun. O qalmaqallara qoşulsaydım, hər sözün ucundan tutub ucuzluğa getsəydim, başqa cür olardı. Bir problemim varsa, mütləq onu efirdən kənarda çözməyə çalışacam. Lakin efir qarşısında camaat gözü önündə danışmaq təhqir etmək, bu mənlik deyil.
- Sizdə özünə qapanma, depressiya halları olub?
- Çox olub, çox, həddindən artıq. Mən, ümumiyyətlə, bədgüman adamam. Hər hadisəni, söz tez ürəyimə salıram. Sadəcə, indi mənim depressiyaya düşmək haqqım yoxdur. Qızım var.
- Təkcə qızınıza görə?
- Mənim balaca övladım var. Maşallah, qadını xoşbəxt edəcək hər şeyim var, naşükür insan deyiləm. Bu qədər mənim sevənlər var. Depressiya bütün yaradıcı insanlarda olur. Lakin bunu aradan qaldırmağa çalışmışam.
- Reallaşmayan arzunuz var?
- Əlbəttə ki! Çoxdu, ailəmlə, qızımla səhnə ilə bağlı. Bir arzuma da çatdım, yenə də klip təhvil verdim.
- Yenə də təksiniz o klipdə?
- Belə də, iki-üç Zulya ola bilər o klipdə (gülür)...
- Niyə həmişə tək görünməyə üstünlük verirsiz?
- Niyə? Yaxşı baxsanız görərsiz, kamera arxasında tərəf müqabilim olur. Şükürlər olsun, bu barədə bizdə qıtlıq yoxdur. (Gülür) Nə bilim, heç vaxt fikirləşməmişəm. Bəlkə nə vaxtsa olacaq...
- Sizin sevginizi həyat yoldaşınız və övladınız arasında yarılayıb mizana qoysaq, tərəzinin hansı gözü ağır gələr?...
- ...nə bilim vallah, bu elə sualdır, gərək verilməsin. Ailədə bütöv olmaq lazımdır, yaxşısı ilə, pisi ilə. Nikah qurulanda deyirlər, yoxsulluqda, zənginlikdə, xəstəlikdə bir-birinin yanında olmaq... bu, başqa bir qavramdır. Anam güclü qadındır. Ailə bağlılığı mənə anamdan gəlib. O, həmişə ailəni bir yerə yığmağı bacaran qadındır. Mən də ona oxşamışam. Ona görə də nə bilim, o tərəzi məsələsini ağlıma gətirmirəm. Heç birini tərəziyə qoymaq istəmirəm. İnsanın anasına olan sevgisi, övladına olan sevgisi hamısı fərqlidi, bu baxımdan mənim üçün ikinci plan yoxdur.
Lalə Yusifqızı

1357