Samir Piriyev boşanmaq üçün məhkəməyə müraciət etməyib
05 may 2010 18:00 (UTC +04:00)

Samir Piriyev boşanmaq üçün məhkəməyə müraciət etməyib

“Samir Piriyev boşanmaq üçün bu il ərzində məhkəməyə müraciət etməyib”. Bu barədə Lent.az-a Nərimanov rayon məhkəməsindən məlumat veriblər.

Qeyd edək ki, 3 il əvvəl ailə quran və hazırda 2 yaşlı qızı müğənni Samir Piriyevin boşanacağı barədə “Trend Life” məlumat yayıb. Müğənninin mətbuat katibi Kazım Bağırov və Samirin köməkçisi Bəxtiyar Qurbanov da məlumatı təsdiqləyib: “Baxmayaraq ki, mən Samirə yaxın insanam, heç zaman onun şəxsi işlərinə qarışmamışam. Yalnız onu deyə bilərəm ki, Samir həqiqətən boşanmaq qərarına gəlib və artıq ərizə ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Samirin mayın sonunda Bakıya gələcəyi gözlənilir. Yəqin ki, jurnalistlərdən heç nəyi gizlətməyən Samir o zaman bu haqda da suallara cavab verəcək”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar