Maestro Ceyhun qaraçılarla yaşayacaq - EKSKLÜZİV
04 may 2010 15:30 (UTC +04:00)

Maestro Ceyhun qaraçılarla yaşayacaq - EKSKLÜZİV

Skripkaçı Ceyhun çoxdandır ürəyində gəzdirdiyi arzusunu reallaşdıracaq. Musiqiçi iyul ayında ya Rumıniyaya, ya da Macarıstana səfər edəcək. Bu barədə skripkaçı Lent.az-a eksklüziv məlumat verib: “İyulda ya Rumıniyaya, ya da Macarıstana səfər edəcəm. Uzun zamandır belə bir arzum var idi... ”

Musiqiçi skripka kolleksiyasına qaraçıların əl işini əlavə etmək niyyətindədir: “Heç kimə sirr deyil ki, mən skripka kolleksiyaçısıyam. Kolleksiyamda İtaliya, Rusiya, İngiltərə və digər ölkələrdən gətirdiyim skripkalar var. İstəyirəm ki, onların arasında qaraçı skripkası da olsun”.

Ceyhun nəinki skripka alacaq, üstəlik bir müddət onlarla yaşayıb, qaraçı həyatı ilə tanış olacaq: “Görüm bu qaraçılar nədir də... Bu, mənim arzu idi. Qaraçı taboru ilə tanış olmaq, onlara xoş gün keçirmək istəyirəm. Onların həyatı həmişə diqqətimi çəkib”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar