4 il Röyada qaldı, 5-ci il Sevinc Musayevanın oldu...
03 may 2010 19:30 (UTC +04:00)

4 il Röyada qaldı, 5-ci il Sevinc Musayevanın oldu...

Gənc müğənninin musiqisi qısa zamanda radioreytinqlərdə yer alıb

Müğənni Sevinc Musayeva “Dözmür ürək” adlı yeni mahnısına çəkilən klipini mətbuat nümayəndələrinə və sənət dostlarına təqdim edib. Lent.az-ın məlumatına görə, sənətçini təbrik etməyə gələn qonaqlar arasında xalq artisti Flora Kərimova, Röya Ayxan, Eldəniz Məmmədov, Vasif Məhərrəmli, İlhamə Qasımova, Maestro Ceyhun, Emin Bədəlov, “şipşirin” Elçin, Sevda Yəhyayeva və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, sözləri İsmayıl Dadaşova, musiqisi isə Minayə xanıma aid olan “Dözmür ürək” mahnısı Sevincin sayca üçüncü klipidir. Mahnı artıq radioreytinqlərdə yer alır.
Klipi ATV-nin prodüseri və rejissoru Mirsalam Mirsalamov və onun həyat yoldaşı Fidan Mirsalamova çəkib.

Klipin süjet xətti yoxdur, sadəcə ifaçının obrazı üzərində qurulub.

Təqdimatda müğənni Röya Ayxan maraqlı açıqlama verib. Sən demə, hazırda hit olan mahnının Röya 4 il əvvəl ifa edib. Röyanın repertuarında yer alan mahnı sonradan Sevinc Musayevaya qismət olub

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar