Ərəb dünyasının şərəf qonağı olan azərbaycanlı aktrisa - EKSKLÜZİV
“Minbir gecə” serialı ilə ərəb dünyasında ulduzu parlayan azərbaycanlı aktrisa Məlahət Abbasova aprelin 4-də Dubayda “Karnak Travel”in 25 illik yubiley mərasimində iştirak edəcək. Bu barədə eksklüziv olaraq Lent.az-a açıqlama verən aktrisa Məlahət Abbasova bildirib ki, Türkiyə Mədəniyyət nazirinin də qatılacağı 750 dəvətli arasında dünyanın müxtəlif ölkələrindən qonaqlar olacaq.
Dubayda “Atlantis Otel”də reallaşacaq qalada Türkiyədən iki sənətçi - ərəb dünyasında tanınan və sevilən müğənni Ezgi Sümer Yocu və aktrisalar arasında təkcə Məlahət Abbasova “Şərəf gonağı” olaraq dəvət olunub.
Türkiyə Mədəniyyət Nazirliyi, Türk Hava yolları, TÜRSAB, sponsorluq etdiyi bu tədbiri işıqlandırmaq üçün Türkiyənin nüfuzlu agentlikləri dəvət olunub.
Lalə Yusifqızı

556