Elza Seyidcahahan Maykl Cekson və Madonnanı kölgədə qoymaq istəyir
30 aprel 2010 13:30 (UTC +04:00)

Elza Seyidcahahan Maykl Cekson və Madonnanı kölgədə qoymaq istəyir

“Bu dəfə növbə mənimdir”

“Bu, analoqu olmayan bir konsert olacaq. Adətən biz dünya ulduzlarının - Madonna, Maykl Cekson və digərlərinin konsertinə baxıb heyrətlənmişik. Onların səhnə dekorasiyası, işıq effektləri bizdə bənzərsizlik təəssüratı yaradıb. Bu dəfə növbə mənimdir. Mən isə öz ideya və fikirlərimlə analoqu olmayan bir konsert edəcəm”. Əməkdar artist Elza Seyidcahan Lent.az-a açıqlamasında növbəti maraqlı layihəsindən danışıb.

Müğənni “Elzanın yaşıl dünyası” adlandırdığı konsertin əslində çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Təbiət zar-zar ağlayır e! 300 minə yaxın kəhkəşana Yer kürəsi meydan oxuyur. Mən bu konserti ona görə edirəm ki, artıq insanlar başa düşsün ki, təbiəti qorumaq çox vacibdir”.

Müğənni “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi konsertinə Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev adına Sarayın rəhbərliyi tərəfindən də dəstək gəldiyini vurğulayıb: “Ucar, Salyan, Mingəçevir, Xızı və digər rayonlarının icra başçıları da mənim layihəmə diqqətlə yanaşıb, konsertlər üçün şərait yaradıblar. Konsertlər verirəm, çoxlu ağac əkirəm...”

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar