Şou biznesdə iki gözəl xanımı barışdı
26 aprel 2010 14:30 (UTC +04:00)

Şou biznesdə iki gözəl xanımı barışdı

Rəqqasələr Fatimə və Oksana küsülülüyün daşını atıblar

Rəqqasələr Fatimə və Oksana aralarındakı küsülüyə son qoyublar. Bu hadisə şou-biznes nümayəndələrindən olan prodüser Roland Bayramovun toyunda baş verib. Lent.az-a daxil olan məlumata görə illərlə bir-birlərinə küsülü olan rəqqasələr – “Göyçək” təxəllüslü Fatimə Fətəliyeva ilə hind rəqslərinin ifaçısı kimi tanınan həmkarı Oksana Rəsulovanın barışığına elə hər iki tərəfin dostları səbəbkar olublar.

Oksananı ATV telekanalının əməkdaşları, Fatiməni müğənni Emil Bədəlov rəqsə çağırıb. Hər iki rəqqasə eyni zamanda rəqs etmək məcburiyyətində qalıblar.

Bu məqamı diqqətdən qaçırmayan dostlar qərara gəliblər ki, fürsəti əldən vermədən, biri-birinə düşmən kəsilən gözəl xanımları barışdırsınlar. Fatimə ilə Oksana öpüşüb-görüşdükdən sonra ifa etdikləri rəqsləri ürəkdən alqışlayıblar.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar