Müğənni Elnarə: “Əvvəl ailəm, sonra işim”
23 aprel 2010 12:30 (UTC +04:00)

Müğənni Elnarə: “Əvvəl ailəm, sonra işim”

“Səhnə dəlisi deyiləm. Estrada səhnəsində uğurlu çıxışlarım az olmayıb. Əlbəttə, davamı da olacaq. Mənim üçün əvvəl ailəm, sonra işim vacibdir. Səsimə, bacarığıma güvənirəm. Nə vaxt hansı layihəyə imza atsam, öhdəsindən gələ biləcəyimə inanıram”.

Bu günlərdə “Türkvision” mahnı festivalına yollanacaq müğənni Elnarə yaradıcılığı barədə fikirlərini Lent.az-la bölüşüb.

Sənətçi festivala rəfiqəsi, radio aparıcısı İlahə Şıxlinskayanın təklifi ilə yollanır. Burada 30-dan çox ölkənin təmsilçiləri iştirak edəcək.

Nəzrin
# 473

Oxşar yazılar