“İlhamə Quliyeva Cəlal adlı cərrahı tanımır”
22 aprel 2010 13:45 (UTC +04:00)

“İlhamə Quliyeva Cəlal adlı cərrahı tanımır”

Azərbaycanın xalq artisti İlhamə Quliyeva məhkəməyə hazırlaşır. Bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli Lent.az-a açıqlama verib.

F.Ələkbərlinin açıqlamasında bildirilir: “Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın burnunu və sinəsini əməliyyat etdirdiyi, plastik əməliyyatların Bakı şəhərində Cəlal adlı cərrah tərəfindən həyata keçirildiyi barədə məlumat yayılıb. İlhamə xanım bu mövzu ilə bağlı hər zaman açıqlama verib və 20 il bundan əvvəl Gürcüstanda burnunu üst sümüyünü götüzdürüb. 5 il bundan əvvəl isə Moskva şəhərində sənətkarın gözünün üst dərisi götürülüb. İlhamə xanımın üzündə və sinəsində əməliyyatın aparmasına gəlincə, hesab edirik ki, yazının müəllifi bu şərə görə məhkəmədə cavab verməlidir və verəcək də. Bir daha bəyan edirik ki, İlhamə xanım Cəlal adlı cərrah tanımır”.
# 603

Oxşar yazılar