Müğənni Yeganə toy dəvətnamələrini paylayır
21 aprel 2010 20:00 (UTC +04:00)

Müğənni Yeganə toy dəvətnamələrini paylayır

Aprelin 29-da Bakıda müğənninin qız toyu olacaq

Türkiyə şou-biznesində azərbaycanlı müğənni kimi uğurlu layihələri ilə seçilən və yeniliklərdən yorulmayan Yeganə bu dəfə şəxsi həyatında yenilik etmək qərarına gəlib. Belə ki, bu günlərdə müğənninin uzun müddətdir gözlənilən toy dəvətnamələrini payladığı məlum olub.

Müğənninin mətbuat katibi Lent.az-a bildirib ki, Yeganə gələn həftə - aprelin 29-da ailə həyatı quracaq. Toy mərasimində Yeganənin geyinəcəyi gəlinlik paltarı Azərbaycanda modelyer tərəfindən hazırlanıb. Müğənninin aprelin 29-da Bakıda qız toyu, mayın ilk günlərində isə Türkiyədə oğlan toyu olacaq. Artıq neçə ildir qardaş ölkədə yaşayan və Türkiyə şou-biznesində uğurla addımlayan müğənni Yeganə elə nikaha da orada daxil olacaq. Bakıdakı qız toyunun səhəri günü isə Yeganə və həyat yoldaşı Fatih Türkiyəyə yollanacaq.

O iki qaldı toyun media vasitəsilə işıqlandırılmasına, bəzi müğənnilərdən fərqli olaraq, Yeganə yalnız toyun ilk 15 dəqiqəsində foto və kamera çəkilişinə icazə verəcək.

Xatırladaq ki, Yeganə artıq iki ildir türkiyəli iş adamı Fatihlə nişanlıdır.

Xəyalə
# 453

Oxşar yazılar