Elza Seyidcahan İstanbulda 4 klip çəkdirib
20 aprel 2010 18:45 (UTC +04:00)

Elza Seyidcahan İstanbulda 4 klip çəkdirib

Müğənni ilin sonuna qədər ağac əkib, konsert verəcək

Müğənni Elza Seyidcahan Türkiyədə çəkdirdiyi son klipini media nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, “Həyata küsmə” mahnısının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Seyidcahanın özünə aiddir.


Müğənni bildirib ki o, Türkiyədə daha 4 klip çəkdirib: “Əslində bu tam klip yox, musiqi nömrələridir. Bu mənim konsertimin ekran versiyasıdır”.

Klip İstanbul küçələrində çəkilib. Videoda Seyidcahan insanlarla üz-üzə gəlir, onlara həyatı çətinləşdirməməyi məsləhət görür. Elza Seyidcahan 2010-cu ilin ekologiya ili olması münasibətilə regionlarda ağac əkib və konsert verib. Mayın 1-dən etibarən isə Salyanda, Kürdəmirdə ekologiya aksiyalarında iştirak edib, həm ağac əkəcək, həm də konsert verəcək. Müğənni belə aksiyaların ilin sonunadək davam edəcəyini bildirib.


Müğənni medianın onun işində oynadığı rolun böyük olduğunu bildirib, bu səbəbdən də jurnalistlərə evində parti verəcəyini deyib.

LALƏ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar