Ebru Gündeş polisə düşdü
20 aprel 2010 11:00 (UTC +04:00)

Ebru Gündeş polisə düşdü

Türk müğənnisi Ebru Gündeş və onun azərbaycanlı həyat yoldaşı Rza Zərrab keçən həftə 10 metrlik yaxtasıyla gəzintiyə çıxan zaman gözlənilməz hadisə baş verib. Lent.az-ın “Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, cütlük yaxtayla Rumelikavağındakı İDO körpüsünə yanaşaraq bir restoranda balıq sifarişi verib. Gündeş və Zərrab sifarişlərini gözləyərkən yanlarına boğazda bələdçi kapitanlıq edən “Gözcü 1” yaxtası yanaşıb. Gəminin kapitanı Alaattin Çinar lövbər saldığı yerin özlərinə aid olduğunu söyləyərək Ebru Gündeşin mühafizəçilərindən yaxtanı ordan çəkməsini istəyib: “Bura biz illik kirayə veririk, bu etdiyiniz yerimiz olan körpünü qəsb etməkdir”. Ancaq sənətçinin mühafizəçiləri bu istəyi rədd edincə qalmaqal yaşanıb. Gündeşin mühafizəçilərlə birlikdə kapitanı təhqir və təhdid etdiyi iddia olunub. Çinarın şikayəti ilə Gündeş və mühafizəçiləri polis mərkəzinə gedərək ifadə verib. Deyilənlərə görə, Çinar Gündeşin axtardığı Sarıyerin tanınan adlarından Əli Rza Zamanın araya girməsi ilə şikayətini geri götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar