Azəri Günel Ebru Gündeşi ələ saldı
20 aprel 2010 10:00 (UTC +04:00)

Azəri Günel Ebru Gündeşi ələ saldı

“O, Azərbaycana kimin əlini öpməyə gedəcək?”

Azəri Günel keçmiş sevgilisi, azərbaycanlı iş adamı Rza Zərrab və onun xanımı, müğənni Ebru Gündəşlə bağlı uzun müddətdir, davam edən susqunluğu pozub.

Lent.az-ın məlumatına görə, “Günde 8” adlı proqrama qatılan Günel Ebru Gündeşin guya Azərbaycana Rza Zərrabın valideynlərinin əlini öpməyə gələcəyilə bağlı deyilənləri istehzayla qarşılayıb. “O bəy İran əsilli azərbaycanlıdır. Ailəsi isə Dubayda yaşayır. Ebru, Azərbaycana kimin əlini öpməyə gedəcək? Azərbaycan xalqı belə şeyi qəbul edəcək xalq deyil” – deyə, o bildirib. Açıqlama verərkən Rza Zərrabın adını dilinə gətirməyən gənc müğənni rəqibi Ebru Gündəş haqqında geniş danışmaqdan qaçıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatı Ebru Gündəşin əri Rza Zərrabın valideynlərinin əlini öpməkdən ötrü Azərbaycana gələcəyini yazmışdı.
# 618

Oxşar yazılar