Səməd Səmədov nəvəsini kompüterdən görüb
19 aprel 2010 19:00 (UTC +04:00)

Səməd Səmədov nəvəsini kompüterdən görüb

Azərbaycanın əməkdar artisti, tanınmış estrada müğənnisi Səməd Səmədovun ailəsində ötən həftəsonu xoş hadisə baş verib. Sənətçinin sayca beşinci nəvəsi dünyaya gəlib. Sevincini Lent.az-la bölüşən Səməd müəllim deyib ki, bu xoş xəbəri ona Moskvadan çatdırıblar. "Mənim bir oğlum və bir qızım var. Rusiyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan oğlum Anar iki qız atası idi. Qızımın da iki övladı var. Keçən həftə Allah oğlumu üçüncü dəfə sevindirib, ata etdi. Onun ailəsində balaca qız övladı dünyaya gəlib. Amma Anar mənə söz verib ki, oğul nəvəm də dünyaya gələcək. Səbirsizliklə həmin günü gözləyirəm".

Yeni doğulan nəvəsinə ad qoymaqdan ötrü hələ tələsmədiklərini söyləyən əməkdar artist, yalnız kompüter vasitəsi ilə - veb kameradan qızcığazı gördüyünü bildirib. “Çəkisi normaldır, 3.6 kq. Artıq onu evə gətiriblər. Hələlik kompüterdən görmüşəm, çox şirin baladır. Nəvəmi yalınız 40 günlüyü çıxandan sonra canlı görə biləcəyəm. Çünki, oğlum, ailəsi ilə birlikdə yayı öz vətənlərində keçirəcəklər".

Müğənninin 5 nəvəsi var. Oğlu Anar, bir vaxtlar müğənnilik fəaliyyətinə başlamağa cəhd göstərsə də hazırda Moskvada şəxsi biznes fəaliyyəti ilə məşğuldur.
# 2323

Oxşar yazılar