Rza Zərrabdan Ebru Gündeşə 50 minlik nömrə axtarır
19 aprel 2010 17:00 (UTC +04:00)

Rza Zərrabdan Ebru Gündeşə 50 minlik nömrə axtarır

Azərbaycanlı iş adamı Rza Zərrab üç ay əvvəl ailə qurduğu türkiyəli müğənni Ebru Gündeşə bahalı avtomobil nömrəsi hədiyyə edir.


Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, toy hədiyyəsi olaraq Ebruya 520 min lirəlik (təxminən 260 min manat) “BMW 7.60” markalı avtomobil alan Rza müğənni həyat yoldaşına yenə sürpriz etmək istəyib.


“BMW 7.60”a hələ müvəqqəti nömrə alan Rza üç aydır ki, Ebru Gündeşin adının baş hərfləri olan nömrəni gözləyir. Azərbaycanlı iş adamının “EBR” hərfləri olan avtomobil nömrəsinə görə 50 min dollarından keçəcəyi bildirilir.
# 455

Oxşar yazılar