Azərbaycanlı model kobud zarafata məruz qalıb
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva facebook.com saytında internet istifadəçilərinin “zarafatı”na məruz qalıb. Bir neçə internet istifadəçisi modelin ad-soyadı və fotoşəklindən istifadə etməklə bir neçə səhifə yaradıblar. Model Lent.az-a açıqlamasında həmin istifadəçilərlə müxtəlif mübarizə yolları axtardığını açıqlayıb: “ Hər gün yeni bir səhifə, ad-soyadım və öz fotoşəklimi görürəm. Bir neçə dəfə saytın adminstrasiya bölməsinə şikayət etmişəm, səhifə silinir, səhəri gün yenisi yaranır”.
Model Azərbaycanda fəaliyyət göstərən saytlardan da şikayətçi olub: “Tanımadığın saytlarda şəkillərim dərc olunur, anlaşılmaz xəbərlər yazılır. Bu özbaşınalığın qarşısını necə almaq olar, bilmirəm...”
Nəzrin

579