Kamilə Babayeva: “Sənətçilərdən Ruhi mənə dəstək olub... “
14 aprel 2010 14:00 (UTC +04:00)

Kamilə Babayeva: “Sənətçilərdən Ruhi mənə dəstək olub... “

Müğənniliyi özü üçün hobbi kimi qəbul edən Kamilə Babayeva ictimaiyyətin və xüsusən sənətkarların tənqidi və təzyiqi barədə düşünmür. Bu barədə teleaparıcı Lent.az-a açıqlamasında məlumat verib: “Hələlik mənim gördüyüm işlərdən daha çox jurnalistlər xəbərdardır. Mən əsla müğənnilik etmək fikrində deyiləm, bu sadəcə hobbimdir. Qaldı mənə olacaq təzyiqlərə, tənqidlərə, bu hazırda baş vermədiyi üçün hansı reaksiya verəcəyim barədə də düşünmürəm”.

Teleaparıcı mahnı oxumaq həvəsinə düşəndə ilk olaraq ifaçı Ruhidən dəstək aldığını deyib: “Hələlik sənətçilərdən Ruhi mənə dəstək olub”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar