Məşhurların ailə sirləri
İstər yerli, istərsə də dünya müğənniləri və aktyorlarının həyatlarının maraqlı tərəfləri işıqlandırılıb.
Bu dəfə Lent.az Türkiyə mətbuatına istinadən məşhurların bəzi sirlərini təqdim edir.
Türk pop musiqisinin “minik sərçəsi” Sezen Aksunun “Haydi şansım” adlı albomu sadəcə 50 dənə satılınca sənətçi böyük bir şok yaşayıb. Bu 50 albomu isə özü və tanışları alıb.
Məşhur türk müğənnisi Hakan Peker Zeynəb Kasaliniyə “səndən müğənni olmaz” deyibmiş. Qismətə bax ki, bu sözü söylədikdən 10 il sonra Zeynəb Kasaliniyə “ən yaxşı müğənni” mükafatını da elə Hakan Peker öz əllərilə təqdim edib.
Ferhan Şensoyla birlikdə ən az iyirmi adamın “Səndən teatr aktyoru olmaz” dediyi Yılmaz Ərdoğan teatr aktyoru olmaqla yanaşı öz teatrını da yaradıb.
Corc Kluni 1982-ci ildə Los Ancelesdə yolçəkən olaraq çalışdığı bir il boyunca yaxın dostunun evindəki şkafda yatıb. Zəlzələdən çox qorxan Kluni öz evində isə Maks adlı 80 kiloluq donuzuyla yaşayıb.
Culiya Roberts 17 yaşında aktrisa olmaq üçün Nyu-yorkda yaşayan bacısının yanına gəlib. Daha sonra “Click” adlı manekenlik agentliyinə daxil olub. Ta ki aktyor olan qardaşı Erik Roberts ona “Blood Red” adlı filmdə rol almağa kömək edənə qədər. Bununla da onun kino karyerası başlayıb.
Cek Nikolson kiçik yaşda atası tərəfindən tərk edilib. İllərcə nənəsinin anası, anasının da bacısı olduğuna inanaraq yaşayıb. Günlərin birində jurnalist onun haqqında apardığı araşdırmada bütün həqiqəti ortaya çıxarıb.
“Seven Years in Tibet” (“Tibetdə yeddi il”) filmindəki roluna görə Bred Pitin Çinə girməsinə qadağa qoyulub. “Matrix”də Keanu Reevesin roluna çəkilməsi düşünülən aktyor əslində Bred Pit olub.
Məşhur aktyor Bryus Uils həm də bir musiqiçidir. “Respect Yourself” adlı albomu 1987-ci ilin yanvarında hit paradlarda 5-ci yerə qədər yüksəlib.
Dünya şöhrətli Keven Kostner Hollivuda gəldikdən sonra filmlərdə rol alana qədər iri yük maşını sürücüsü, balıqçı və tur təşkilatçısı olaraq çalışıb.
İki dəfə Oskar qazanan Codi Foster həyatında heç aktyorluq dərsi almayıb. Yale Universitetinin doktoranturasını ən yüksək balla bitirib.
Məşhur aktyor Rasl Krouv “Gladiator” filmindən sonra bir neçə yoldaşıyla birlikdə Avstraliya ətrafında motosikletlə 4000 millik bir gəzinti edib. Oskarlı aktyor öldükdən sonra beynini tibb elminə bağışlamağı düşünür.
Endi Qarsia siam əkizi olaraq doğulub. Lakin inkişaf etməmiş olan əkizini əməliyyat nəticəsində ayırıblar. Çiynində bu əməliyyatdan qalan bir iz də var.
Antonio Banderasın ən böyük arzusu futbolçu olmaq olsa da, 14 yaşında ayağı çox ciddi bir şəkildə qırılandan sonra bu xəyalından vaz keçməli olur.
Tom Kruz isə 14 yaşına kimi rahib olmağı düşünürdü, amma tale onu aktyorluğa gətirib. “Mission: İmpossible 2” filminə görə 75 milyon dollar alaraq ən yüksək qonorar alan aktyor adına sahib olub.
Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızı olaraq tanınır. Amma həqiqət elə deyil. Nikol əslində Riçinin orkestrində çalışan bir cütlüyün qızıdır. Kiçik Nikol 3 yaşında ana və atası tərəfindən tərk edilib. 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəl rəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb. Los Ancelesdə əsl ailə sevgisində uzaq böyüyən Riçi ən yaxşı dostu Paris Hiltonla da burada tanış olub. Nikol onu övladlığa götürən Laynl və Brenda ilə indi də görüşür.
Oscar mükafatlı ulduz Çarliz Teron gənclik illərində yaşadığı travmanın təsirindən uzun müddət xilas ola bilməyib. Həyatındakı ən pis gün 1991-ci ilin 21 iyunudur. Teronun atası o gecə evə sərxoş olaraq gəlib və o vaxt 15 yaşında olan ulduzun yataq otağına atəş açıb. Bunun əvəzində anası Gerda ərini silahla vuraraq öldürüb. "Atam xəstə idi, bir içki düşkünü idi. Bizə fiziki yox, amma seksual xarakterli sözlər deyirdi. Anamın etdiyinə gəlincə, mənim qızım da eyni vəziyyətdə olsaydı, mən də eyni şeyi edərdim" deyə o gecə olanları izah edib.

710