Murad Dadaşov: “Bu iki ildə mən neyləmişəm?”
10 mart 2010 17:15 (UTC +04:00)

Murad Dadaşov: “Bu iki ildə mən neyləmişəm?”

Teleaparıcı və şoumen “Lider”i birdəfəlik tərk etdiyi barədə xəbərlərə aydınlıq gətirib

Məşhur şoumen Murad Dadaşov “Maşın” realiti şounun 10-cu yubiley buraxılışına rekord sayda insan tələb edib. Bu barədə teleaparıcı və şoumen özü Lent.az-a açıqlamasında məlumat verib: “Bu verilişdə indiyə qədər nəzərdə tutulan, amma iştirak etməyən, bundan başqa qalmaqallı, əvvəlki buraxılışlarda bir-birləri eyni proqramda iştirak etmək istəməyən, lakin indi razılıq verən tanınmışlar olacaq”.

Teleaparıcı vəzifədən getdikdən sonra “Lider” telekanalını birdəfəlik tərk etdiyi və artıq “Maşın” realiti şounun başqa kanalda yayımlanacağı xəbərlərinə də aydınlıq gətirib: “Bu layihə həmişə olduğu kimi “Lider” televiziyasında olacaq. Mən “Lider” teleakanalı ilə dostam. Yəqin hamıya təəccüblüdür ki, mən iş yerimdən mehribanlıqla ayrıldım. Sivil formada vəzifəmi tərk etməyim yəqin belə şayiələrə yol açır. Amma etiraf edim ki, dövlət vəzifəsi mənlik deyildi, mən o kürsüdə inzibati işlərlə məşğul idim. Mən yaradıcılıqla məşğul deyildim. Hətta özüm-özümə sual verirdim ki, bu iki ildə mən neyləmişəm? Özünüz də bilirsiniz ki, bu gün televiziyalarda kadr çatışmazlığı var, üstəlik, tamaşaçılar bizim kanallara da az tamaşa edir, lakin “Maşın şou” kimi layihələr tamaşaçıları təkrar Azərbaycan kanallarına qaytarır. Yenə deyirəm, mən “Lider”dən getmirəm, əksinə, “M-group” prodakşnla sentyabr ayında “Lider”in 10 illik yubileyinə hazırlaşıram”.

Dadaşov digər telekanallardan da təkliflər aldığını və hazırda bu təklifləri dəyərləndiyini açıqlayıb.

Qeyd edək ki, hazırda “Lider” telekanalının baş prodüser vəzifəsini telekanalın əməkdaşı Emin Hüseynov icra edir. O, əvvəllər “Milyonçu” verilişinin prodüseri olub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar