Millət vəkili Arzu Səmədbəyli: “Müğənnilərin didişmələri məni qane eləmir” – MÜSAHİBƏ
Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəylinin Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibəsi
- Şou-bizneslə nə qədər maraqlanırsınız?
- Xüsusi maraq dairəmdə deyil. Ancaq adamın özündən asılı olmayaraq o maraq dairəsinə daxil olur. Ona görə də müəyyən qədər məlumatlıyam.
- Məsələn...
- Mən Azərbaycan televiziyalarını o qədər çox izləmirəm, daha çox Türkiyə telekanallarına baxıram.
- Türkiyə şou-biznesinin ulduzlarından kimləri tanıyırsınız?
- Yox, mən şou sahəsini demirəm, deyirəm daha çox Türkiyə kanallarına baxıram.
- Hər halda onların şou-biznes ulduzlarını da görürsünüz.
- Görürük, xoşumuza gələn də olur.
- Kimlər xoşunuza gəlir?
- İlk növbədə Fatih Kısabarmağı bəyənirəm. Sibel Canın yaxşı mahnıları var, ona qulaq asıram. Açığı, bəzi təzə çıxan müğənnilər də var, onların musiqilərini, səsini bəyənirəm, ancaq çoxunun adları yadımda deyil, hərdən adlarını evdən uşaqlardan soruşuram, çünki onlar bilir. Onların köməkliyilə tanıyıram ki, kimdirlər bu təzə müğənnilər.
- Bis bizimkilərdən kimləri dinləyirsiniz?
- Xoşladıqlarım var, qulaq da asıram. Təbii ki, Flora xanımı hamıdan çox sevirəm və ona qulaq asmağı xoşlayıram. Bu, istisnadır. Eyni zamanda, Azərin xanımın, Röyanın, Tünzalə Ağayevanın mahnılarına da qulaq asıram.
- Bəs müğənnilərin davranışı Sizi nə qədər qane edir?
- Doğrusu, xüsusi maraqlanmıram, ardıcıl izləmirəm. Ancaq hər halda, bir çox məqamlar var ki, məni qane eləmir: istər müğənnilərin bir-birilə mübahisələri, didişmələri, istər ittihamları və s. Bunun üzərindən keçərək daha aktual olan məsələlərə diqqət yetirirəm. Mənə elə gəlir ki, bunlar o qədər də ürəkaçan səhnələr deyil. Hərçənd, onu da oxuyuram ki, həmin səhnələr süni olaraq yaradılır ki, maraq oyatsın, auditoriyanı özünə cəlb eləsin. Özləri bilərlər, ancaq hər halda, bu proses məni o qədər də özünə cəlb eləmir, xoşuma gəlmir.
- Avtomobildə gedərkən kimləri dinləyirsiniz?
- Mənim şəxsi maşınım yoxdur. Ancaq bəzən dostlarla harasa gedəndə özümüzün disklərimiz var, onları qoyub dinləyirik.
- Kimlərin diskidir?
- Flora xanımın, Akif İslamzadənin, klassik xalq mahnıları, muğamlar.
- Azəri qızı Güneli tanıyırsınız?
- Azəri qızı Güneli?... Bəli-bəli, tanıyıram.
- Ebru Gündeşi də?
- Bəli, tanıyıram.
- Rza Zərrabı necə?
- Eşitmişəm, mətbuatda onlarla bağlı oxumuşam.
- Yəni, onlarla bağlı olaydan xəbər tutmusunuz.
- Hər halda, mətbuat vasitəsilə xəbər tutmuşam, məlumatlıyam.
- Sizcə, bu məsələdə kim haqlıydı?
- Məncə özləri bilər. Çünki hər bir kəs özünün haqlı olduğunu sübut etmək üçün arqumentlər gətirib, mövqe bildirir. Mən heç onların hansının haqlı olub-olmamasını müəyyən edə bilmərəm, bu fikrə də düşmərəm. Bu, onların həyat tərzidir, özlərinin dünya görüşlərinə uyğun həyatlarıdır, həyat və səhnə uğrunda mübarizələridir, özləri bilər.
- Onda hesab edirsiniz ki, Rza Zərrabla bağlı olan məsələ Ebru Gündeşlə Günel arasında kişi yox, səhnə mübarizəsi idi?
- Mən orda elə bir mübarizə görmürəm axı. Rza Zərrab Azəri qızı Günellə bir müddət bir yerdə olublar. Sonra kiminsə sözü kiməsə xoş gəlməyib, yaxud, kimsə kimisə aldadıb. Sonra bu ondan üz döndərib başqasına sarı...O həyat mənimçün maraqlı deyil axı. Məni o qədər maraqlandırmır ki, onların həyatlarında nə baş verir. Çünki bu onlara aid olan məsələlərdəndir.
- Rza Zərrab haqqında nə qədər məlumatlısınız?
- Mətbuatda oxumuşam ki, Cənublu soydaşımızdır, iş adamıdır, milyonçudur. Açığı, əvvəllər heç rast gəlmədiyim bir soyaddır. Daha çox son zamanlar rast gəlmişəm onun adına, xüsusən də Azəri qızı Günellə olan konfliktlərdən sonra. Bilmişəm ki, belə bir iş adamı var, özü də səhv eləmirəmsə Türkiyədə yaşayır.
- Günel məsələsini bitirək. Bayaq dediniz ki, şəxsi avtomobiliniz yoxdur. Bəs adətən kimin maşınından istifadə edirsiniz?
- Heç bir maşından, adətən ictimai nəqliyyatdan istifadə edirəm: metro, marşrut avtobuslarından, tələsəndə, ya yağış yağanda taksidən. Bəzi hallarda da dostların maşınından. Ancaq gündəlik marşrutum ictimai nəqliyyat olur.
- Ən çox hansı marşrut avtobusundan istifadə edirsiniz?
- 10 saylıdan istifadə edirdim “Azadlıq prospekti” metrostansiyası açılanadək. Bir də 123 saylı avtobusdan.
- Yəqin avtobusda basabasa da düşürsünüz...
- Çox olub.
- Cibgirlərin qurbanı olmamısız?
- Mən yox, ancaq elə olub ki, avtobusun arxa tərəfində səs-küy olduğunu görmüşəm. Sonra bəlli olub ki, cibgir var imiş. Bir dəfə tələbəyə oxşayan bir qızın pulunu apardılar, ağlayırdı.
- Belə situasiyalarda Siz necə hərəkət edirsiniz?
- Əlbəttə, mən yaxında olsaydım kömək edərdim, həmin cibgirin tutulub təhvil verilməsinə yardım edərdim.
- Lazım olsa, cibgirlə əlbəyaxa olardınız?
- Elə bir situasiya yaransaydı olardım. O baxır oğrunun şücaətinə: yəni həmin oğru qaçmağa, yoxsa əlbəyaxa olmağa meyl edəcək.
- Maaşınız 1700 manatdır səhv eləmirəmsə...
- Hə, ümumilikdə o qədər alıram.
- Bu qədər pul bir aya bəs edir?
- Bilirsiz, elə ay olur bəs edir, elə ay olur bəs eləmir. Elə ay olur ki, elə maaş qədər, ya onun yarısı qədər borc alıb o biri aya çıxırıq. O baxır çağırıldığımız toyların sayına (gülür).
- Onda belə çıxır ki, pulun əsas hissəsi toya gedir?
- Yox. Bu məsələnin xırdalığına getmək istəmirəm. Ancaq dostlarımız, ehtiyacı olan seçicilərimiz də var axı.
- Sizin gəliriniz ancaq maaşdır? Yəni, başqa yerdən gəliriniz yoxdur?
- Yox, gəlirim ancaq maaşdır.
- Telefonunuzun markası nədir?
- “Samsung”, ikikartlıdandır. 285, ya da 287 manata almışam.
- Nağd almısınız, yoxsa kredit yoluyla?
- Nağd almışam.
- Kontura ayda nə qədər pul xərcləyirsiniz?
- 30 olur, 50 olur.
- Sizə “vızov” verən olur?
- Çox olur. Mən də zəng vururam.
- Geyimi haradan alırsınız? “Tolkuçka”dan, yoxsa dükanlardan?
- “Tolkuçka”dan da alıram, dükandan da. Sonuncu dəfə Türkiyəyə gedəndə ordan aldım. Yəni ki, baxır harda, necə.
- Alanda qiymət danışırsınız?
- Əlbəttə, danışıram, razılaşırıq.
- Evə bazarlığı kim edir?
- Həyat yoldaşım, uşaqlarım da ona kömək edir.
- Övladlarınız məktəblidir?
- Böyüyü universitetdə təhsil alır. O biri məktəblidir, doqquzuncu sinifdə oxuyur.
- Məktəbdə pul yığanda – süpürgəpulu, fondpulu. 8 mart, nə bilim nə pulu - Sizin uşaqlardan da yığırlar?
- Əlbəttə, bizim uşaqlar göydən-zaddan düşməyiblər ki. Bütün məktəblərdə necədi, bizimkilər oxuyanda da elə olub.
- Siz də pul verirsiniz ki, apar verə müəllimə?
- Kiçik oğlum BDU-nun yanındakı informatika təmayüllü məktəbdə oxuyur, özü də razıdır məktəbdən, mən də razıyam. Ancaq pul məsələlərini mənimlə həll eləmir, anası ilə həll edir.
- Sizə desə, məktəbə problem yaradacaqsınız?
- Bəli (gülür). Ona görə də özəl olaraq anaları ilə həll edirlər.
Pərvin ABBASOV

902