İlhamə Quliyevanın mətbuat katibi: “Flora xanım dedi ki, mən səni çox istəyirəm”
25 fevral 2010 13:00 (UTC +04:00)

İlhamə Quliyevanın mətbuat katibi: “Flora xanım dedi ki, mən səni çox istəyirəm”

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli müğənninin illərdir küsülü olduğu həmkarı xalq artisti Flora Kərimova ilə barışıb.

Müğənninin mətbuat katibi bu xəbəri Lent.az-a açıqlamasında etiraf edib: “Bu yaxınlarda Flora Kərimova radioda “Canlı” verilişinin qonağı oldu. Ona əvvəlcə Ülvi Qılınc ilə bağlı sual verdilər, dedilər eşitmişik, duet oxumağa hazırlaşırsınız. O da dedi, niyə də oxumayım? Məsləhət gördü ki, Ülvi ismətini satmasın, istedadına güvənsin, mən də Ülvi ilə oxuyum. Bilirəm ki, indi mahnı hazırlayırlar. Sonra mənimlə söhbət etdi, bildirdi ki, sənlə ədavətim yoxdur. Mən də dedim ki, məhkəmələr olub, udmuşam, İlhamə Quliyevanın mətbuat katibiyəm və onun dilindən xəbər yazmışam. Qalan məsələyə gəldikdə isə bu sizin konfliktinizdi və bu işə qarışa bilmərəm. O mənə dedi ki, mən səni çox istəyirəm. Mən də dedim ki, nəvəniz yaşındayam, sizi heç vaxt təhqir etmərəm”.

Mətbuat katibi İlhamə Quliyevanın bu məsələyə reaksiyasını da olduğu kimi səsləndirdi: “İlhamə xanım dedi ki, sən müstəqil adamsan, mən sənin işinə qarışmıram”.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar