Natəvan Həbibi qorxa-qorxa getdi, ürəklə qayıdır
24 fevral 2010 17:00 (UTC +04:00)

Natəvan Həbibi qorxa-qorxa getdi, ürəklə qayıdır

Müğənni Natəvan Həbibi səhhətilə bağlı bütün şübhələrə son qoyub. Müğənni Moskvada həkim müayinəsindən keçib, ciddi xəstəliyi olmadığı aşkarlanıb. Bu barədə Lent.az-a müğənninin prodüseri Tolik məlumat verib: “Natəvanın ən böyük qorxusu arıqlamağı idi. Səbəbsiz arıqladığı üçün qorxuya düşüb, həkim müayinəsindən keçdi. Şükür, hər şey yaxşıdır. Qorxulu heç nə yoxdur”.

Prodüser müğənninin 26 fevralda ölkəyə qayıdacağını, telekanallarda verilişlərə qonaq olacağını, öz işləri ilə məşğul olacağını xəbər verib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar