“Next” qrupu və müğənni Elnarə 15 min manata satıldı
22 fevral 2010 16:30 (UTC +04:00)

“Next” qrupu və müğənni Elnarə 15 min manata satıldı

Fevralın 21-də müğənni Elnarə və “Next” qrupu “Face” klub səhnəsində konsert verib.


Lent.az-ın məlumatına görə, saat 21.00-da səhnəyə çıxan ifaçılar tamaşaçılara Azərbaycan səhnəsində indiyədək yaşanmayan, adrenalinlii, zövqlü musiqi ziyafəti yaşadıblar.



Qrup üzvlərini və Elnarəni izləməyə gələn müğənnilər arasında sənətçilər xalq artisti Faiq Ağayev, Zamiq, Röya və Rəhim Rəhimli, bəstəkar Vaqif Gərayzadə, teleaparıcı Murad Arif də olub.


“Next”çilər fərqli geyim tərzləri və repertuarları ilə tamaşaçılarından müsbət qiymət alıb.
“Sən mənim yanıma gəl”, “Okean”, “Love for sale”, “Xəyalımdasan”, “Ay qız oyan”, “De” və digər hərəkətli mahnıların sədaları altında doyunca rəqs edən qonaqlar daha sonra hərracda iştirak ediblər.


Elnarə və qrup üzvləri üz qabığında şəkilləri və müğənnilərin imzası olan “RUNWEY” jurnalını satışa çıxarıblar.


Hərrac 10-15 dəqiqdən sonra 15 min manatla nəticələnib.


Konsertin maraqlı məqamlarından biri də Elnarənin konsertin sonunda səhnəyə gül atması olub. Gülü 20 yaşlı gənc qız əldə edib.



Qeyd edək ki, səhnədə “NEXT” qrupunun vədini verdiyi dəmir barmaqlıqlar gözə görünməyib. Konsertin sonunda təəssüratlarını Lent.az-a danışan müğənnilər dekorun səhnədə qurulmamasının səbəblərini açıqlayıblar: “Dekor Ukraynada hazırlanıb. Lakin təəssüf ki, səhnədə həmin dekoru qurmaq cəhdlərimiz alınmadı. Çünki səhnə çox balacadır, üstəlik də yuxarıdan quraşdırılan işıq effektləri dekora maneçilik edəcəkdi. Özünüz də gördünüz ki, səhnədə çox hərəkətli idik, amma inşallah, ideyamız oğurlanmasa, həmin dekorla biz daha geniş səhnədə növbəti konsertdə çıxış edəcəyik”.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar