Hüseyn Dərya döyüşə atıldı!
Reper Hüseyn Dərya Budo Federasiyasının mətbuatla əlaqələr və reklam şöbəsinə rəhbərlik edəcək. Bu barədə Lent.az-a peper özü açıqlama verib: “İki-üç gündür təyin olunmuşam. “Budo” döyüş növləri federasiyasının mənə həvalə etdiyi vəzifədir. İki-üç gündən sonra rəsmi şəkildə işləyəcəm. “Budo” bir idman növü deyil. Bütün əlbəyaxa döyüş növlərinni birliyi deməkdir. Yapon dilində “döyüşün başlanğıcı” deməkdir. Federasiyanın prezidenti Faiq Rəfiyevdir”.
Qeyd edək ki, bu günlərdə keçiriləcək respublika çempionatının açılışında Dərya öz repertuarı ilə çıxış edəcək: “Ola bilsin, tədbirin aparıcısı da mən oldum”.
Lalə Yusifqızı
Qeyd edək ki, bu günlərdə keçiriləcək respublika çempionatının açılışında Dərya öz repertuarı ilə çıxış edəcək: “Ola bilsin, tədbirin aparıcısı da mən oldum”.
Lalə Yusifqızı
595