Ermənilərin “Eurovision” mahnısı oğurluq çıxdı
13 fevral 2010 12:00 (UTC +04:00)

Ermənilərin “Eurovision” mahnısı oğurluq çıxdı

Ölkənin yarışa namizəd mahnılardan birinin Hadisənin mahnısının eynisi olduğu üzə çıxıb

Bu il Norveçin paytaxtı Osloda düzənlənəcək olan “Eurovision-2010” musiqi müsabiqəsinə ciddi şəkildə hazırlaşan Ermənistanın 10 namizəd mahnısından biri oğurluq çıxıb.


Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən məlumatına görə, Ermənistanın məşhur müğənnilərindən biri olan Sonyanın səsləndirdiyi “Never” (“Əsla”) adlı mahnının giriş musiqisi türkiyəli müğənni İzelin “Bəllimi olur” mahnısı ilə eynidir. “Never”in bütünlükdə musiqisi isə Hadisənin “Evlənməliyik” mahnısının eynisidir.


Sonyanın mahnısının müəllifi guya, S.Katuzyan adlı musiqiçidir. Hadisənin mahnısının müəllifi isə sevgilisi Sinan Akçıla aiddir.


Bazar günü final öncəsi Sonya səhhətilə bağlı problemləri olduğunu önə sürüb müsabiqədən çəkilib. Onun çəkilməsinin əsl səbəbinin oğurluq mahnı ilə bağlı olması iddia edilir.


Ermənistanda “Eurovision-2010” müsabiqəsinə qatılacaq olan mahnı bazar günü bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar