Suvorov Bakıya gəlir
Şəhərimizin DJ-qonaqlarının ardı-arası kəsilmir...
Bakıya gələn çoxsaylı musiqili qonaqların sırasına DJ Suvorov da qoşulacaq. O, fevralın 6-da “Face” klub-restoranda “Bitva za zvuk” adlı konsertlə çıxış edəcək. Bu barədə Lent.az-a məlumat verən klubun PR meneceri Eldar Hüseynzadə deyib ki, sərkərdə soyadını daşıyan musiqiçi Kiyevdən Vladivostoka qədər rəqsləri ilə məşhurdur.
Suvorov müasir klub mədəniyyətinin parlaq təmsilçisidir. Musiqi yolu 1995-dən başlayıb, sonralar Suvorov hərbi məktəbində təhsil alıb, orda yaradıcılığa imza atıb.
Suvorov tez-tez ölkə xaricinə səfər edən DJ-dir, “Funk”dan “Minimal” tərzlərinə qədər məharətlə ifa edir. Onun ifa etdiyi “History of one day”, “My peace” və “Nostalgia” MDB-nin bütün klublarında məşhurdur.
Fevralın 6-da keçiriləcək konsertdə Suvorovla birlikdə Ukraynanın “go-go” rəqqasələri və dj Mansur da çıxış edəcək.
Lalə Yusifqızı

839