İlham Mirzəyevdən ucuz etiraf...
25 yanvar 2010 14:00 (UTC +04:00)

İlham Mirzəyevdən ucuz etiraf...

Bir müddət öncə “Space” telekanalından gedəcəyi ilə bağlı mətbuatda xəbər yayan parapsixoloq İlham Mirzəyev “Etiraf” adlı proqramını davam etdirir. Lent.az-a daxil olan məlumata görə, Mirzəyev kanaldan ayrılmaq fikrində deyil, ümumiyyətlə, “Space” ilə arasında narazılıq olması barədə yazılan xəbərlər də əsassızdır, yazılan xəbər isə verilişin azalan auditoriyasını yenidən toplamaq imiş. Hazırda proqramın çəkilişləri davam edir.

Qeyd edək ki, daha əvvəl mətbuatda xəbər yayılmışdı ki, “Etiraf” verilişinin aparıcısına adını açıqlamaq istəmədiyi telekanaldan təklif gəlib. İlham Mirzəyev təklifi qəbul etməyə tələsmir, qəbul edəcəyi hər hansı layihənin yalnız psixologiya elminə aid olmasını vacib sayır.

Xəbərdə həm də yazılıb ki, guya parapsixoloq psixoloji yardıma ehtiyacı olanlara kömək etmək məqsədilə klinika açmaq istədiyini bildirib, aparıcının “Space TV”-dən getməsi barədə xəbər bu açıqlamadan sonra yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar