
Latviyalı müğənni Bakıda “Sarı gəlin” oxudu – FOTO
0
0
Latviyanın “Eurovision-2012” təmsilçisi Anmari Heydər Əliyev Sarayında “Sarı Gəlin” adlı konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, müğənni konsert proqramında “Sarı gəlin”, “Gəl ey səhər”, “Sən gəlməz oldun” və Azərbaycan dilində daha bir neçə mahnı ifa edib. Konsertdə məşhur bəstəkar Raymond Paulsun mahnılarını, dünya hitlərini və özünün bəstələdiyi mahnıları da ifa edən Anmari bir neçə dəfə Bakı tamaşaçılarına Azərbaycan dilində təşəkkür edib. “Mən sizi çox sevirəm”, “Çox sağ olun” deyən Anmari qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Ölkəmizə dördüncü dəfə səfər edən Anmari Azərbaycana heyran olduğunu deyib.
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
0
0
Oxşar yazılar

Məşhurlar arasında yeni eşq başlayır
8 sentyabr 2025 , 12:28
Cennifer Lopez moda qaydasını pozdu: ağ bluz, qabarıq cins şalvar və 45 min dollarlıq Birkin
6 sentyabr 2025 , 16:51
Məşhurlar niyə bir araya gəldi? - SƏBƏB
6 sentyabr 2025 , 16:18
Arda Turanın həyat yoldaşının 5 karatlıq üzüyü - FOTO
6 sentyabr 2025 , 15:22
Dünya "Moda kralı" Armani ilə VİDALAŞIR
6 sentyabr 2025 , 12:16
Şərurlu İsfəndiyar məşhur köynəyinin qiymətini açıqladı
6 sentyabr 2025 , 11:35
Şakira heyranlarını bikinili fotoları ilə sevindirdi
5 sentyabr 2025 , 18:44