Azərbaycanlı müğənni kimləri ölümlə hədələdi?
13 noyabr 2012 10:46 (UTC +04:00)

Azərbaycanlı müğənni kimləri ölümlə hədələdi?

Müğənni Roza Zərgərli albom və klipinin təqdimat mərasimini keçirib. Lent.az-ın məlumatına görə, müğənni eyni gündə “Atəş” adlı mahnısına çəkdirdiyi klipini və “Gizli sevgilim” adlı albomunu təqdim edib. Müğənninin on beş mahnısı daxil olan albomunda Eldar Mansurovun, Cəmil Məmmədlinin, Aynur Adilqızının, Abbasqulu Nəcəfzadənin, Muxtar Abseynovun, Kübra Məhərrəmovanın, Murad Arifin və digər tanınmış bəstəkarların mahnıları daxildir. Sözləri və musiqisi Murad Arifə məxsus olan “Atəş” adlı mahnının klipini rejissor Fuad Əlişov çəkib.
Teleaparıcı Zabir Əliyevin idarə etdiyi təqdimata bir çox tanınmış, o cümlədən Elnarə Xəlilova, Elnur Məmmədov, Sevda Yahyayeva, İzzət Bağırov, Günay İbrahimli, Samira Allahverdi, Vaqif Şıxaliyev, Elariz Məmmədoğlu, Yaşar Cəlilov, rəqqasə Oksana Rəsulova, Murad Arif, prodüser Təranə Səmədova, stilist Anar Atakişiyev və başqaları qatılıb.
Dj Çinanın səsləndirdiyi ritmik musiqilərlə davam edən tədbirdə müğənniyə bir çox dəyərli hədiyyə təqdim edilib. Lakin müğənniyə verilən ən maraqlı hədiyə "Svarovski" qaşlardan bəzədilmiş tapança olub. Səbəbkar bu tapançanı əlinə götürərək, rəhbəri olduğu “S-Twins” qrupunu ölümlə hədələyib, zarafatla “sözümə qulaq asmasanız, sizi bu tapança ilə öldürəcəyəm” söyləyib.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4736

Oxşar yazılar

Məşhur müğənni toy qiymətlərini  açıqladı

Məşhur müğənni toy qiymətlərini açıqladı

5 iyul 2024 , 17:45
Azərbaycanlı aktrisa 1 milyonluq saat   taxır? - Özü danışdı

Azərbaycanlı aktrisa 1 milyonluq saat taxır? - Özü danışdı

5 iyul 2024 , 17:06
“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

5 iyul 2024 , 16:40
Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

5 iyul 2024 , 14:35
Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

5 iyul 2024 , 14:09
Xatirə İslam  ikinci bağ evini aldı

Xatirə İslam ikinci bağ evini aldı

5 iyul 2024 , 13:30
Nəfəsin canlı ifası tənqid olundu

Nəfəsin canlı ifası tənqid olundu

5 iyul 2024 , 12:25
Bloger Hüseyn müflis  olur

Bloger Hüseyn müflis olur

5 iyul 2024 , 11:59