Hansı məşhurlar Zaur Baxşəliyevin toyuna gəlmədi?
27 oktyabr 2012 11:20 (UTC +04:00)

Hansı məşhurlar Zaur Baxşəliyevin toyuna gəlmədi?

Lent.az məlumat verir ki, oktyabrın 26-da tanınmış aparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli paytaxtın prestijli restoranlarının birində evliliklərini rəsmiləşdirib.

Toyu idarə edən aparıcılar Afaq Gəncəli və Faiq Ələkbərov qonaqları salamlayıblar. Daha sonra Zaur Baxşəliyev mikrofon alaraq bildirib ki, bu gün həyatının önəmli və yaddaqalan bir günüdür: “Mənim bu xoş günümdə, məni təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının müqəddəs Qurban Bayramını təbrik edirəm”.

Toya təşrif buyuran qonaqlar arasında xalq artistləri Canəli Əkbərov, Habil Əliyev, Amaliya Pənahova, əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, müğənnilər Elnarə Xəlilova, Rəşad İlyasov, Ayaz Qasımov, Aynişan Quliyeva, Elçin Cəfərov, tanınmış aparıcılar Günay Firudinqızı, Vüqar Kamiloğlu, Mirsalam Mirsalamov, Səxavət Nur, Xoşqədəm Hidayətqızı, aşıq Samirə, rəqqasə Fatimə və başqaları məclisə təşrif buyuranlar arasında idi.

Tanınmış aparıcıların toyunda xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Aygün Kazımova, Zamiq Hüseynov, əməkdar artist Abbas Bağırov, müğənnilər Nadir Qafarzadə, Röya Ayxan iştirak etməyiblər. Onların toyda iştirak etməməsinin səbəbləri bəlli deyil.

Teleaparıcı Nanə Ağamalıyevanın toyda iştirak etməməsi isə xüsusi diqqət çəkib.

Qeyd edək ki, toya media nümayəndələrinin buraxılmayacağı və foto çəkilişə icazə verilməyəcəyi barədə əvvəldən xəbərdarlıq olunmuşdu. Necə deyərlər, nağıllardakı kimi, qadağalardan bol olacaq bu xoş günə quş-quşluğu ilə icazəsiz şahid ola bilməyəcək.

Lakin Lent.az-ın əməkdaşı mərasimdə iştirak edib və eksklüziv fotoşəkillər çəkə bilib. Həmin fotoşəkilləri və toy mərasimindən facebook-da yayılmış digər fotoları təqdim edirik.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27458

Oxşar yazılar