Yemək bişirmədiyi üçün arvadını DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ
04 sentyabr 2022 19:00 (UTC +04:00)

Yemək bişirmədiyi üçün arvadını DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ

Rusiyanın Kuzbass vilayətində 50 yaşlı keçmiş məhkum 40 yaşlı arvadını döyərək öldürüb.

Lent.az-ın yerli mediaya istinadən xəbərinə görə, ər-arvad evdə birlikdə spirtli içki qəbul ediblər.

Ac olan kişi qadından ona şam yeməyi hazırlamağı xahiş etsə də, qadın bundan imtina edib. Sonra onlar arasında münaqişə yaranıb və bir-birini təhqir etməyə başlayıblar. Mübahisə zamanı ər arvadını döyüb. Nəticədə qadın huşunu itirib.

Bir neçə saat sonra kişi hadisə yerinə təcili yardım çağırıb. Qadın xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Hazırda araşdırma aparılır.

# 4104
avatar

Oxşar yazılar