"Yaponçik"in həyatında gizlətdiyi 8 SİRR AÇILIR
29 mart 2024 20:15 (UTC +04:00)

"Yaponçik"in həyatında gizlətdiyi 8 SİRR AÇILIR

“Yaponçik”  elə bir fiqur idi ki, onun kimiləri demək olar ki, 100 ildə bir ortaya çıxır.

Onun qədər kriminal aləmdə maraq oyadan, barəsində əfsanələr söylənilənlər çox azdır. O, sadəcə avtoritet deyil, eyni zamanda cinayətkarların əsl kralı oldu.

Lent.az sizə təqdim etdiyi bu yazıda əfsanəvi “qanuni oğru” barədə indiyə qədər çox da bilinməyən faktları təqdim edəcək.

“Yaponçik” və dəstəsi təkcə postsovet məkanında deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstəriblər. Buna görə də onun həyatında bir çox maraqlı hadisələr baş verib. O, yalnız öz həyatındakı maraqlı məqamları deyil, hətta rəqiblərini belə ciddi cəhdlə gizlətməyə çalışırdı.

1. AİLƏ VƏ UŞAQLIQ

“Yaponçik” ləqəbli Vyaçeslav Kirilloviç İvankov Böyük Vətən Müharibəsi başlamazdan bir il yarım əvvəl Moskvada anadan olub. Onun müharibədən sonrakı həyatını bir kəlmə ilə ifadə etsək – “əsl küçə uşağı” idi. Ailədə ciddi problemlər var idi, atası çox içki içirdi, anası isə həmişə sərxoş ərinə görə qəzəblənir və deyinirdi. Bu proseslərə görə oğlan evi tərk edir. Sadəcə bununla qalmır, eyni zamanda özü kimi oğurluq və xuliqanlıqla məşğul olan gənclərdən ibarət dəstəyə qoşulur. Vyaçeslav 14 yaşında böyük miqyasda oğurluğa başladı və heç vaxt heç yerdə işləməmişdi.

2. SİRK XƏYALI

Uşaqlıqda sərgərdan həyat keçirməsi, baxımsız qalması gələcək avtoritetin tez-tez xəstələnməsinə səbəb olub. Onun zəif bir immunitet sistemi var idi. Ancaq bir anda idmanla məşğul olmağa başladı: gimnastika, döyüş sənətləri, hətta boks. O, həqiqətən də sirk ifaçısı olmaq istəyirdi və məktəbdən sonra gimnast olmaq üçün hətta sirk məktəbinə daxil oldu, lakin bir gün məşq zamanı aparatdan yıxıldı və kəllə sümüyü sındı. Öz təbirincə desək, huşunu itirsə də, xəstəxanaya getməyib. Və bu hadisədən sonra “Yaponçik” məktəbi tərk etməli və gələcəkdə onu məşhur edən “karyerasını” qurmağa başlamalı oldu.

3. RUHİ XƏSTƏXANA

“Yaponçik”in gənc yaşlarından soyğunçuluqla məşğul olmasına baxmayaraq, o, ilk məhkumluğunu yalnız 25 yaşında aldı. Ancaq sərt həbsxana koloniyası əvəzinə onu psixiatrik xəstəxanaya göndərdilər - həkimlərin fikrincə, Vyaçeslav şizofreniyadan əziyyət çəkirdi. Məsələ burasındadır ki, həbs zamanı avtoritet o qədər sərt müqavimət göstərib ki, ona görə də onun normal psixikada olmadığı deyilirdi.

İvankov isə demək olar ki, dərhal ruhi xəstəxanadan qaçır. Sonra uzun müddət cəzadan yayınmaq üçün "diaqnozundan" istifadə edir. 1966-cı ildə məktəbdə aldığı zədə səbəbindən "şizofreniyaya bənzər psixoz" olduğunu iddia edərək yenidən məcburi müalicəyə başladı. Və 1974-cü ildə aparılan bir müayinə sübut etdi ki, avtoritet ruhi xəstəlikdən əziyyət çəkməyib və bütün bu cür təzahürlər sadəcə uğurla təqlid edilib.

4. ŞEİR YAZAN ROBİN QUDUN DƏSTƏSİ

Ümumiyyətlə, bütün uğursuzluqlarından sonra “Yaponçik” dəstə təşkil etmək qərarına gəldi. Moskvada “varlı yaşayanlara” işgəncə verib qarət etdilər. Bütün iştirakçılar polis geyimində idilər, buna görə də basqınlar daha inandırıcı görünürdü. Onları bir növ ədalət çempionları, "ədalət qılıncları" adlandırırdılar. “Yaponçik” dəstəsinə öz xalqından, sadə və vicdanlı insanlardan bir şey götürməyi qəti şəkildə qadağan etdi, onun qurbanları yalnız korrupsioner məmurlar və qeyri-rəsmi gəlir əldə edən iş adamları idi.

İvankov, çətin uşaqlığına baxmayaraq, savadlı və ağıllı bir insan idi. O, hətta bir neçə mahnı yazıb. Eyni zamanda Vladislav Medyanik tərəfindən ifa olunan şeir də yazıb. “Yaponçik” 2005-ci ildə həbsdə olarkən, məhkəməni gözləyən zaman o, çoxlu şeirlər və uşaq nağılları yazıb. Eyni zamanda, onun bir əsərində (heç vaxt dərc edilməməsinə baxmayaraq) tərcümeyi-halı da ortaya çıxır.

5. CİNAYƏTKAR LİDER – HƏBSXANADA KEÇMƏYƏN HƏYAT

“Yaponçik” həbsxanalarda demək olar ki, görünmürdü. Ya səhhəti kimi yüngülləşdirici hallarla üzləşib, ya da məhkəmə zalında ona tam bəraət verilib. Belə bir hadisə olub ki, İvankov Tulun həbsxanasında olub və oğrular cəmiyyətinin nümayəndələri onu oradan çıxarıblar. 1991-ci il idi - o zaman kriminal Moskvada çətin vəziyyət hökm sürürdü. Vəziyyət ABŞ-da rus mafiozlarını birləşdirəcək və onlara rəhbərlik edəcək bir şəxsin meydana çıxmasını tələb etdi. Həmin zamanlar Moskvada bir çox çeçen qrupları meydana çıxdı, əraziləri yerli əhalidən aldı. Çeçenlərə qarşı mübarizəyə kiminsə rəhbərlik etməsi lazım idi. Oğrular qərara gəldilər ki, İvankovdan başqa heç kim bütün bu məsələləri həll edə bilməz və onu həbsdən çıxarmaq lazımdır.

Sonra hətta bir çox sənətçilər də bu prosesə qoşuldular. “Yaponçik”in ziyafətlərinə dəfələrlə dəvət olunmuş məşhur müğənni İosif Kobzon bu məsələ ilə bağlı hakimiyyətlə danışıqlara gedir. Digər məşhur müğənni Aleksandr Rosenbaum, tanınmış göz cərrahı Fedorov və bir çox başqaları da hakimiyyətlə danışıqlarda iştirak ediblər. 1991-ci ilin noyabrında İvankov şərti azadlığa buraxılır və düz bir il sonra o, ABŞ-a gedir. Və o, çeçen quldur dəstələrini Moskvadan qovmaq üçün hərəkətləri əlaqələndirmək məqsədi ilə vaxtaşırı Moskvaya qayıdırdı.

6. ÜÇ ARVAD... ONLARDAN BIRI ŞAHZADƏDİR

1960-cı ildə “Yaponçik” gözəl Lidiya Aivazova ilə evləndi.

O, qədim Assuriya şahzadələrinin zadəgan ailəsindən idi. Evlilik başlanğıcda çox gözəl idi - 15 il birlikdə yaşadılar, iki oğlu dünyaya gəldi - Gennadi və Eduard. “Yaponçik”in ailəsi hazırda ABŞ-da yaşayır və kriminal aləmlə heç bir əlaqəsi yoxdur.

İkinci evliliyi Amerika vətəndaşlığı almaqla bağlı idi. Vyaçeslav ABŞ vətəndaşı İrina Ola ilə evlənib. Evlilik təbii ki, uydurma idi.

Və onun sonuncu həyat yoldaşı Kiyevdən olan Faina Komissar idi, İvankovun ömrünün sonuna qədər onunla yaşadı.

7. KLİNİK ÖLÜM

Təbii ki, “Yaponçik”in çoxlu bədxahları olub və onun həyatına son qoymaq üçün cəhdlər olub. 2009-cu ildə avtoritet mədəsindən güllələnərək yaralanıb. Xəstəxanaya aparılıb, bir neçə əməliyyat keçirib, uzun müddət reanimasiyada yatıb. Ancaq sağalmaq mümkün olmurdu, orqanlar sıradan çıxmağa başlayırdı.

Həkimlər onu komaya salmaq qərarına gəlirlər. Belə formada o klinik ölümlə üzləşir. Bir ay sonra nəhayət özünə gəldi, lakin bir neçə gün sonra öldü. Ölüm səbəbi zədədən sonra başlayan peritonit olub.

8. “YAPONÇİK”İN LƏQƏBLƏRI VƏ SOYADLARI

Avtoritet  təkcə “yaponçik” kimi deyil, həm də başqa “blatnoy” ləqəblərlə tanınıb.  Vyaçeslavı Batya, Baba, Assuriyalı kürəkən, Kirilloviç də adlandırırdılar. Və onun əsl soyadının da nə olması müəmmalıdır. Onun soyadı məzarının üstündə İvankov kimi yazılıb. Anasını məzar abidəsində soyadı yenidən dəyişib İvankov yazırlar. Hansı ki, əslində əvvəlcə onların soyadlarında və bütün sənədlərində yumşaq hərif işarəsi də olub.

Bir versiyaya görə, İvankov onun əsl soyadıdır. O biri soyadın yazılış formasının hansısa polis bir dəfə səhv yazıb. İkinci versiya budur ki, İvankov atasının soyadı, İvan(yumşaq hərif işarəsi)kova isə anasının qızlıq soyadıdır. Üçüncü versiyaya görə, avtoritet anasının yanında deyil, başqa bir qadının yanında dəfn edilib. Onlar sadəcə oxşar soyadlı bir məzar tapıblar. Bəs həqiqət necədir? Bunu indiyə kimi tapmaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9021
avatar

Cavidan HUN

Oxşar yazılar