Yanacaqdoldurma məntəqəsində  QULDURLUQ  : külli miqdarda pulu apardı
11 fevral 2021 11:25 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsində QULDURLUQ : külli miqdarda pulu apardı

Xaçmazda quldurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operator işləyən E.Quliyev rayon Polis Şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 3 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Quliyevə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sərxan Qabulov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

# 1944
avatar

Mehman Nəbiyev

Oxşar yazılar