Ucarda ər arvadını öldürdü,  "moyka"da kişini yaraladı - YENİLƏNİB
03 iyun 2023 19:20 (UTC +04:00)

Ucarda ər arvadını öldürdü, "moyka"da kişini yaraladı - YENİLƏNİB

İyunun 3-də Ucar rayon sakini 27 yaşlı Rüfət İlyaszadənin xəsarət alması və 28 yaşlı Könül Əliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla 35 yaşlı Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində Rüfət İlyaszadəyə xəsarət yetirməsi, daha sonra  yaşadığı evə gələrək arvadı Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Anar Əliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

***

Saat: 18:13

Ucarda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 3-də saat 17:30-da Ucar rayonu Rəstəcə kəndində evlərin birində 28 yaşlı Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 27 yaşlı Rüfət İlyaszadə Əlimusa oğluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 35 yaşlı Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

# 6981
avatar

Oxşar yazılar