Dayısının girov götürdüyü qız
23 mart 2021 19:12 (UTC +04:00)

Dayısının girov götürdüyü qız

Tələbə qızı dayısı girov saxladı, ağzına partlayıcı qoyub... - VİDEO

Türkiyədə tələbə qızın başına dəhşətli hadisə gəlib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Trabzon vilayətində baş verib. Universitet tələbəsi olan S.B.H adlı gənc qız nənəsini ziyarət etmək üçün getdiyi evdə dayısı Əmrah.B tərəfindən girov saxlanılıb. Psixi durumu yerində olmayan dayı 4 ərzində onu girov kimi saxlamış, hətta ağzına partlayıcı qoyaraq öldürmək də istəyib.

Bu barədə qız özünün sosial şəbəkə hesabında məlumat paylaşaraq, kömək istəyib. Qızın sözlərinə görə, dayısı əlində dəlilik kağızı olmasını əsas gətirərək, qətl törətdiyi təqdirdə həbs olunmayacağını bildirib.

Qeyd edək ki, həmin kişi polis bölməsində ifadə verib, yalnız evə yaxın durmamaq şərtilə sərbəst buraxılıb.

 

# 5448
avatar

Mehman Nəbiyev

Oxşar yazılar