Sumqayıtda ƏMƏLİYYAT:  2 nəfər "Kalaşnikov"la tutuldu
29 fevral 2024 11:33 (UTC +04:00)

Sumqayıtda ƏMƏLİYYAT: 2 nəfər "Kalaşnikov"la tutuldu

Sumqayıtda silah-sursat və külli miqdarda narkotik ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ceyhun Qasımov şəhər ərazisində saxlanılıb. 

Ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Ruslan Əliyev və Samir Qurbanov şəhər ərazisində saxlanılıblar.

R.Əliyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı, 5 ədəd patron, həmçinin 500 qram marixuana və metamfetamin, S.Qurbanovdan isə 4 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 2928
avatar

Oxşar yazılar