Stalinin “daça”sının yanı, Ermitaj tipli saray, 36 yataq otağı -  “Şakro”nun malikanələri
04 aprel 2024 20:15 (UTC +04:00)

Stalinin “daça”sının yanı, Ermitaj tipli saray, 36 yataq otağı -  “Şakro”nun malikanələri

Ən məşhur qanun oğrularından biri Zaxari Kalaşov (Şakro Molodoy) artıq azadlıqdadır. Lent.az xəbər verir ki, bəzi məlumatlara görə, kriminal aləmin veteranında qlaukoma var və bu, onun vaxtından əvvəl azadlığa çıxmasına səbəb olub.

Xatırladaq ki, dəfələrlə məhkum olunmuş “qanuni oğru” sonuncu dəfə 2018-ci ildə dəmir barmaqlıqlar arxasına salınıb. O, hökm çıxarıldıqdan sonra göndərildiyi Krasnodar vilayətindəki koloniyalardan birində olub. Məhkəmə Şakronu zorakılıq tətbiq edərək bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etməkdə təqsirli bilib və ona 9 il 10 ay həbs cəzası verib.

Kalaşovun milyonlarla dollarlıq mirasının olduğu bildirilir. Rusiya mediasında verilən məlumata görə, mirasın siyahısında evlər, mənzillər, malikanələr var. Onun eyni zamanda vətəndaş nikahı v ar. Həyat yoldaşı Marina Qoldberq və oğlu Daniil ilə yaşayır. Artıq mediada bu ailənin sahib olduğu malları barədə məlumatlar yayılır.

“Qaraçı barokkosu” üslubunda malikanələr

Məlumata görə, Şakronun böyük bir malikanəsi var. Bu malikanənin hektarlarla torpaq sahəsində yerləşdiyini qeyd ediblər. Bu saray Moskva vilayətinin Odintsovo rayonundakı Nikolina Gora kəndində yerləşir. O vaxt medianın yazdığı kimi, Kalaşov 2016-cı ildə saxlanılarkən istintaqın onun çoxmilyonluq əmlakını ələ keçirə biləcəyi ehtimal edilirdi. Amma bunu etmək mümkün olmayıb, çünki “qanuni oğru” bu mülkü həyat yoldaşının qohumu Yuliya Bratçenkonun adına rəsmiləşdirib. Nikolina Gora mənzərəli ərazisi və zəngin dacha tarixi ilə məşhurdur. Kənd Moskvadan 22 km aralıda, Moskva çayının sol sahilində şam meşəsində yerləşir. Nikolina Gora İstra və Moskva çayının deltasında yerləşir. Burada hətta “Diplomatik çimərlik” də var. Sovet dövründə orada yalnız xarici diplomatların və ən yüksək sovet nomenklaturasının nümayəndələrinin üzməsinə icazə verilirdi. Bu yerdə evlərin və torpaq sahələrinin nadir hallarda satıldığını təxmin etmək çətin deyil və əgər belədirsə, lüks mənzillərin qiymətləri çox baha olub.

Şakro Molodoyun burada təkcə evi deyil, “qaraçı barokkosu” üslubunda bütöv iqamətgahı var. Hətta ona Ermitajın parodiyası da deyirlər.

Kalaşovun sarayında mərmərdən hovuz, bir neçə bar, şərab zirzəmiləri və ən müasir idman avadanlıqları ilə təchiz olunmuş idman zalı da var.

KİV-in məlumatına görə, Kalaşov sevdiyi arvadı Marinaya tanış olduqları gün Moskvanın Starovolınskaya küçəsində üç otaqlı mənzil verib. Bu ərazidə mənzillərin qiymətləri də kifayət qədər bahadır. Kalaşovun qohumlarının da Moskvanın qərbində, Kuntsevodakı Stalinin daçasının yaxınlığında başqa bir mənzili var. Məlumata görə, Kalaşovun qohumlarının da həmin bahalı ünvanda torpaq sahəsi var.

Xaricdəki saraylar

Tarixçi Oleq Fochkinin verdiyi məlumata görə, “qanuni oğru” İspaniyanı bütün qəlbi ilə sevirdi, ona görə də orada özünə saray alıb: “Kalaşov həbs olunmazdan əvvəl Marbella və Almeriya şəhərlərində yaşamağa üstünlük verir, təhlükəsizliyinə ildə təxminən 1 milyon dollar xərcləyirdi. “Şakro”nun Almeriya şəhərində bir sarayı var və ona qızı Xatunanın adını verib. Onun Gürcüstanda Tiflis yaxınlığındakı Tskneti tətil kəndində nəhəng evi mövcuddur. Ora milyonlarla dollara başa gəldi, malikanənin təxminən 36 yataq otağı var idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8652
avatar

Cavidan HUN

Oxşar yazılar