Şəmkirdə 64 yaşlı qadını öldürən tutuldu
24 fevral 2023 17:35 (UTC +04:00)

Şəmkirdə 64 yaşlı qadını öldürən tutuldu

Şəmkirdə qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 64 yaşlı Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 37 yaşlı Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

# 3234
avatar

Oxşar yazılar