Rusiya 25 ildir axtarırdı... killerin qatili bu ölkədə TUTULDU
13 yanvar 2022 11:38 (UTC +04:00)

Rusiya 25 ildir axtarırdı... killerin qatili bu ölkədə TUTULDU

Yunanıstanın Makedoniya aeroportunda 48 yaşlı gürcü mənşəli yerli sakin saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, saxlanılan şəxs 90-cı illərin məşhur rus killer Aleksandr Solonikin qatilidir.

Məlumata əsasən, o, 25 ildir ki, Rusiya və Yunanıstan hüquq-mühafizə orqanlarından gizlənə bilib.

Xatırladaq ki, onlarla insanı qətlə yetirən Solonik 1995-ci ildə həbs edilsə də, Rusiyanın ən ciddi mühafizə olunan “Matroskaya tışina” həbsxanasından qaça bilib. O, 1997-ci ildə Rusiya gözəli, fotomodel Svetlana Kotova ilə birgə Yunanıstana qaçıb. Elə həmin il onların hər ikisi qətlə yetirilib.

A.Solonik və S.Kotovanın hekayəti birazdan Lent.az-da…

A.Solonik və S.Kotova

# 3894
avatar

Mehman Nəbiyev

Oxşar yazılar