Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da saat 1 radələrində rayonun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Hadisə ilə əlaqədar Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.