Qısqanc qadın ərini ürəyindən vurdu
26 oktyabr 2024 14:54 (UTC +04:00)

Qısqanc qadın ərini ürəyindən vurdu

Rusiyanın Kursk vilayətində 23 yaşlı qadın ərini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, oktyabrın 24-də cütlük Konışevka kəndindəki fərdi evdə nahar edib. Birlikdə spirtli içki qəbul etdikdən sonra qadın 34 yaşlı sevgilisi ilə qısqanclıq zəminində mübahisə edib.

Qız bıçağı götürərək kişinin ürəyinə sancıb. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

Oxşar yazılar