Qaradağda  BİRGƏ ƏMƏLİYYAT:   Oğru dəstəsi tutuldu
13 sentyabr 2022 10:44 (UTC +04:00)

Qaradağda BİRGƏ ƏMƏLİYYAT: Oğru dəstəsi tutuldu

Bakıda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlanıb. Baş Cinayət Axtarışı, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

# 3108
avatar

Mehman Nəbiyev

Oxşar yazılar