Qadının evinə  qumbara atan   görün harada tutuldu?
13 dekabr 2022 14:33 (UTC +04:00)

Qadının evinə qumbara atan görün harada tutuldu?

Qubada evə qumbara atılıb.

 Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub

Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən 1 ədəd təlim qumbarası  götürüblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. 

Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2385
avatar

Oxşar yazılar