Bakıda qadın şantaj olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 10-da Şabran rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın bu il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 min manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olduğu müəyyənləşdirilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.