Qadın 5 yaşlı qızı aclıqdan öldürdü
26 fevral 2025 18:57 (UTC +04:00)

Qadın 5 yaşlı qızı aclıqdan öldürdü

Rusiyada qadın 5 yaşlı qızı aclıqdan öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Petropavlovsk-Kamçatski şəhərinin Akademik Kurçatov küçəsində baş verib.

Məlumata görə, qadın uşağın qəyyumudur və onun anadangəlmə xəstəliyi olduğunu bilib. O, ötən ilin martından bu ilin yanvarına kimi yaşadıqları evdə uşağı qidalanmadan məhrum edib.

Qadın qızın bədəninin tükənməsi əlamətlərinə məhəl qoymayıb, həmçinin tibbi tövsiyələrə əməl etməyib. Bu isə kaxeksiyaya və pnevmoniyaya səbəb olub. Nəticədə uşaq xəstəxanada ölüb.

Hazırda qadına qarşı “Azyaşlının son dərəcə amansızlıqla qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq, həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar