Pula görə tualetdə "lom"la döyüldü - BAKIDA
24 dekabr 2021 17:29 (UTC +04:00)

Pula görə tualetdə "lom"la döyüldü - BAKIDA

Bakıda quldurluq hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini 62 yaşlı Eldar İbrahim oğlu Mirzəyev sanitar qovşağına (tualet) girərkən naməlum şəxs onun başına dəmir linglə (lomla) vuraraq, üzərində olan 12 min manat pulu götürərək qaçıb.

E. Mirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin cinayət axtarış qrupu hadisəni törədən şəxsin axtarışlarına başlayıb.

# 5712
avatar

Mehman Nəbiyev

Oxşar yazılar